“Qazaxın 7, Naxçıvanın Kərki kəndi geri qaytarılır…” – Paşinyan açıqlayıb
Paşinyan Brüsseldəki görüşün yekunlarına dair çıxışında Qazaxın 7, Naxçıvanın isə Kərki kəndi ilə bağlı danışıb.
Bunu mətbuata açıqlamasında Doğu Araşdırma Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan bildirib.
Onun sözlərinə görə, Paşinyan həmin kəndlərin geri qaytarılacağı mesajını verib: “Paşinyan həmin kəndlərin adını çəkmədən bildirmişdi ki, işğal altında saxladıqları Azərbaycan kəndləri ilə bağlı məsələ müzakirə olunacaq və onlar geri qaytarılacaq. Hesab edirəm ki, iki ölkə arasında sülh sazişi imzalanarsa və ərazi bütövlüyünün təmin olunması məsələsi başlıca mövzu olaraq gündəlikdə durarsa, o zaman adıçəkilən kəndlərin Azərbaycana qaytarılması təmin olunacaq. Əks halda sülh sazişi yarımçıq qalar, yaxud da tərəflərdən birinin digərinə qarşı iddiası təmin olunmaz”.
Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış bəyanatın 2-ci bəndində Qazax rayonunun işğal edilmiş 7 kəndinin Azərbaycana geri veriləcəyi qeyd edilmişdi. Lakin rəsmi İrəvan bu günə kimi həmin bəndi yerinə yetirməyib./azpolitika.info