“Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsi başa çatıb

 

Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” layihə müsabiqəsinə yekun vurulub.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2021-ci ilin dekabr ayında elan edilmiş müsabiqəyə ümumilikdə 45 layihə təqdim edilib. Münsiflər heyətinin müzakirələri və qiymətləndirməsi nəticəsində 45 layihədən 12-i növbəti mərhələyə – “pitçinq” mərhələsinə buraxılıb.

Pitçinq mərhələsi 18 mart 2022-ci il tarixində Dövlət Film Fondunda təşkil olunub. Film Fondunun rəsmi “YouTube” kanalı vasitəsi ilə canlı yayımlanan Pitçinqdə müəlliflər tərəfindən layihələrin təqdimatı həyata keçirilib. İştirakçılar layihələrini açıq Pitçinqdə müdafiə ediblər. Bu mərhələdə Münsiflər heyətinin yekun rəyi əsasında ümumilikdə 7 layihəyə müəyyən edilmiş məbləğdə dəstək göstərilməsi qərara alınıb.

Qeyd edək ki, layihənin məqsədi Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaqdır.

Qaliblərin siyahısı:

Layihənin adı Təqdim edən şirkət
1. Ata və oğullar “Buta Film” MMC
2. Əlvida, noyabr “Ultra Production”
3. Qıfıl “Nova Gorica” kino mərkəzi MMC
4. Mavi sviterli adam “Mandarin Agency” Co
5. Müqəddəs inək “Narimanfilm” MMC
6. Ölü Həsən “Ultra Production”
7. Uçurum “Cinemedia” MMC

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password