Ərzaq böhranı olsa, Azərbaycan nə edəcək? – “Müəyyən gecikmələr ola bilər…”

 

“Rusiya Ukrayna münasibətləri belə davam etsə, Rusiyaya qarşı olan sanksiyalar uzun müddətli olsa, bu, təkcə bizə yox, bütün dünyaya öz təsirini göstərəcək”. 

Bu sözləri açıqlamasında deputat Vahid Əhmədov deyib. Ərzaq problemindən danışan millət vəkili bildirib ki, Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə çox ciddi iqtisadi əlaqələrə malikdir:

Deputat Vahid Əhmədov: “Bəzi qüvvələr çalışırlar ki, bu saziş imzalanmasın”  - Xural qəzeti

“Ordan kifayət qədər ərzaq və qeyri-ərzaq məhsulları idxal edirik. Orada da müəyyən problemlər ola bilər, amma hələlik Azərbaycanda ciddi problem görmürəm və yaxın vaxtlarda bunu hiss etməyəcəyik. Çünki Azərbaycanın digər dövlətlərlə də ticarət əlaqələri var. Çatışmayan mallar həmin dövlətlərdən idxal edilə bilər.

Amma ümumi götürsək, Rusiyaya qoyulan sanksiyalar çox ciddidir. Hətta bu sanksiyalar Rusiya kimi bir dövləti çökdürə bilər”.

Deputat Rusiyaya tətbiq olunan sanksiyaların çox ciddi problem olduğunu bildirib.

“Hətta Rusiyanın əsas ixracı olan neft-qaza da həm Avropa, həm də digər dövlətlər tərəfindən müəyyən qədər məhdudiyyətlər qoyulub. Faktiki olaraq Rusiya bu müharibədə təklənib. Rusiyanın vəziyyəti kritik olduğu üçün orada sənaye zavodları, fabriklər və digər müəsisələr fəaliyyətlərini dayandırıblar. Ən əsası odur ki, Rusiya beynəlxalq ödəmə sistemindən çıxarılıb. Banklara məhdudiyyətlər və sanksiyalar qoyulub. Bu, Rusiya ilə əlaqəsi olan bütün dövlətlərə təsir göstərə bilər. Amma bizim kifayət qədər valyutamız var və müəyyən məhsulları istənilən qədər alıb gətirə bilərik. Ola bilər müəyyən gecikmələr olsun və s. amma sahibkarlar bundan istifadə edib qiymətləri artırmamalıdır. Hökumətin tapşırığı var, İqtisadiyyat Nazirliyinin antiinhisar xidməti bununla məşğuldur”.

“Azərbaycanın bugünkü ərzaq ehtiyatları kifayət qədərdimi” sualına deputat bu haqda onda dəqiq məlumatın olmadığını, amma Azərbaycan hökumətinin Baş Nazirinin ölkəmizin müəyyən qədər ehtiyata malik olduğu haqda açıqlama verdiyini xatırladıb./yenisabah.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password