“NATO Ukraynaya silah tədarükünü artıraraq münaqişənin genişlənməsinə təhrik edir”

 

NATO ölkələri Ukraynaya silah tədarükünü artırmaqla ancaq münaqişənin genişlənməsinə səbəb olurlar.

TASS-ın yaydığı xəbərə görə, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib.

“Alyansın Ukraynaya döyüş sursatı, silah-sursatla dəstəyi gücləndirməsi narahatedicidir. Çünki qatarlar təkcə döyüş sursatı ilə deyil, həm də ağır silahlarla gedib. Çexiya hətta tanklar da göndərib, ingilislər Ukraynanı qorumaq üçün xüsusi gəmilər göndərməyə hazırlaşır və s. Bu, təşviş doğurur, çünki istəsələr də, istəməsələr də, belə çıxır ki, onlar münaqişənin genişlənməsinə təhrik edirlər”, – senator “Parlament” qəzetinin mətbuat mərkəzində keçirilən videomüsahibə zamanı bildirib.

O hesab edir ki, Ukraynanın nəhəng dəmir yolları şəbəkəsi, şübhəsiz ki, silah təchizatı üçün istifadə olunacaq. “Əgər Qərbi Avropa bu qədər miqdarda silah tədarükünün mümkün olmadığını başa düşmürsə, təbii ki, cavab tədbirləri görüləcək”, – Cabarov bildirib.

Onun fikrincə, Avropanın kollektiv mövqeyi Londondan qaynaqlanır. “Britaniyalılar danışıqları başa çatdırmağa tələsməmək üçün ukraynalılara heç bir halda heç bir sülh sazişi ilə razılaşmamaq barədə xəbərdarlıq ediblər.

Düşünürəm ki, bütün bunlar bir məqsədlə edilir – onlar özlərinin əsas düşməni olan Rusiyanın zəiflədilməsini istəyirlər. Rusiya bu hərbi əməliyyatda nə qədər çox iştirak etsə, onların fikrincə, bir o qədər zəifləyəcək”, – Cabarov bildirib.

Senator qeyd edib ki, amerikalılar, əlbəttə ki, NATO-ya rəhbərlik edirlər, lakin “onlar indi müşahidəçi mövqeyi tutublar”: çox danışırlar, amma az iş görürlər. “Böyük Britaniya, Fransa, Almaniya kimi ölkələr isə çox fəallaşıblar”, – Federasiya Şurasının beynəlxalq komitəsi sədrinin birinci müavini bildirib.

Eyni zamanda, o, “iki dünya müharibəsinə görə həmişə tarixi günahkarlıq hiss edən” Almaniyanın mövqeyini çox qəribə hesab edir. “Birdən Almaniya günahlandırmağa və Rusiyanın etdikləri fonunda özlərini bu təqsirdən azad etdiklərini söyləməyə başladı. Təbii ki, 27 milyon sovet insanların həyatına acımağa dəyməz. Mən hələ altı milyon Holokost qurbanlarını demirəm. Hər şeyin başında britaniyalılar dayanır, bu Britaniyanın fikridir. Onlar lap əvvəldən bu prosesə rəhbərlik edirlər, pərdə arxasındadırlar”, – Cabarov bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password