Ermənistanda qırıcıların Rusiyaya verilməsini etiraf etməyə başlayıblar
Ermənistanın Rusiyaya Ukraynanın işğal edilməsinə dəstək üçün Su-30 qırıcı təyyarələrini göndərməsi fonunda Baş nazir Nikol Paşinyanın komandası susqun qaldığı halda hökumətə yaxın teleqram kanalları gerçəyin inkarından vaz keçərək onun qəbulunu ön plana çıxarıb. Rəylərdə “Ermənistan suveren ölkədir, təyyarələri Rusiyaya göndərib-göndərməmək öz işimizdir”, “Yanlış qərar deyil” fikirləri irəli sürülməyə başlayıb, Ukraynaya təcavüz məsələsi isə gözardı edilib.
Bu barədə Türkiyənin “Haber Global” telekanalı bəhs edib.
Rusiyaya verilən təyyarələri yerinə gizlincə Suriyadan gətirilən Su-30 qırıcılarının sübut kimi NATO nümayəndələrinə göstərməsi səbəbindən Nikol Paşinyan sosial şəbəkənin erməni seqmentində tənqid olunub. Sosial şəbəkədə “Ermənistan suveren ölkədir, heç kimə heç nə sübut etməli deyilik”, “Paşinyan zəiflik nümayiş etdirib”.
Bundan başqa, məsələ Rusiya və Ermənistanda gərginliyə yol açıb. Belə ki, “Haber Global”ın 4 qırıcı təyyarəsinin pilotlarla birgə Rusiyaya göndərilməsi xəbəri Ermənistanın kəşfiyyatının da zəifliyini ortaya çıxarıb. Gizli məlumatın mətbuata sızması N.Paşinyanı Rusiyaya qarşı çətin vəziyyətə salıb, iki ölkə arasında diplomatik gərginlik alovlanmağa başlayıb.
Xatırladaq ki, Ermənistanın Rusiyaya döyüş təyyarəsi və pilotlarla dəstək verməsi xəbərini ilk dəfə “Haber Global” televiziya kanalı İctimailəşdirib. Ermənistan lideri Nikol Paşinyan əvvəlcə bu xəbəri təkzib etsə də, daha sonra “Haber Global”ın yayımladığı peyk görüntüləri onu səssiz qalmağa vadar edib. Beləliklə, Ermənistan bu hərəkəti ilə müharibənin tərəfi, işğalın isə şəriyinə çevrilib. Bundan əlavə, qırıcı təyyarələrinin ölkəni heç tərk etməməsi ab-havasını yaratmaq məqsədilə Ermənistan hökuməti təcili surətdə Suriyadan Su-30 qırıcı təyyarələri gətirib və NATO nümayəndələrinə nümayiş etdirib.
Ermənistan hökuməti hələ də “Haber Global”ın ötən həftə paylaşdığı peyk görüntülərinə cavab verə bilməyib.