Bu sənəd Azərbaycanda korrupsiyanın kökünü kəsəcək?

 

Prezident İlham Əliyev ötən gün korrupsiyaya qarşı Milli Fəaliyyət Planını təsdiqlədi. Məqsəd ölkədə daha şəffaf idarəetmə sisteminin yaradılmasını təmin etmək, korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni gücləndirməkdir.

Korrupsiyaya qarşı Milli Fəaliyyət Planı bu sahədə hansı dönüş yarada bilər? Ümumiyyətlə, Azərbaycanda son illər korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizəni səmərəli hesab etmək olarmı?

Konstitusiya araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev açıqlamasında deyib ki, bu fəaliyyət planını korrupsiyaya qarşı mübarizənin yekunu kimi qiymətləndirmək olar:

Əliməmməd Nuriyev: "Bu əməli qəti şəkildə pisləyir və qınayıram"

“Ölkə başçısı tərəfindən korrupsiyaya qarşı mübarizəni gücləndirməklə bağlı 2022-2026-cı illəri əhatə edən ümumi fəaliyyət planı qəbul edildi. Bu fəaliyyət planını ötən illərdəki korrupsiyaya qarşı mübarizəninin yekunu kimi də qeyd etmək olar. Yeni prioritetlər müəyyənləşdirilmişdi. İndiki fəaliyyət planında hədəflər dəqiq müəyyən edilmişdi”.

Ə.Nuriyev qeyd edib ki,  Milli Fəaliyyət Planı korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə yönəlmişdi:

“Bu fəaliyyət planı korrupsiyaya qarşı mübarizəni gücləndirilməsinə yönəlmişdi. Korupsiyaya qarşı mübarizə 2005-ci ildən sistemli xarakter almışdı. Fəaliyyət planında 6 prioritet nəzərdə tutulmuşdu. Prioritetlərdən biri qanunvericiliyin təkminləşdirilməsi ilə bağlıdır.
Dövlət orqanlarının xidmətləri ilə bağlı vahid xidmətin qəbul edilməsi ilə bağlı qanunun qəbul edilməsi nəzərdə tutulub. Maliyyə şəffaflığı üçün ayrıca bir fəaliyyət istiqamətləndirilmişdi. Malliyə şəffaflığı çərçivəsində dövlət satın almaların həyata keçirilməsi ilə bağlı tam monitorinq sistemi yaradılmışdı”.

Əliməmməd Nuriyevin sözlərinə görə, korrupsiya məhdudlaşdırılsa, səviyyəsi aşağı düşəcək:

“Heç bir ölkədə korrupsiyanın kökü kəsilmir, meydanı qısalır. Nə qədər məhdudlaşacaq səviyyəsi o qədər aşağı düşəcək. Finlandiya, Danimarka, İsveç ilk pillələrdədir. Buna nail olmaq lazımdır ki, geniş miqyaslı olmasın. Bizim ölkədə tədbirlər həyata keçirilməsinə baxmayaraq, hələ də qalıb. Düşünürəm ki, bu istiqamətdə yeni fəaliyyət planı öz töhfəsini verəcək”./yenisabah.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password