Sabah Azərbaycan yeni tarix yaza bilər – Brüssel görüşündən

 

\”Brüssel görüşündən gözləntim çoxdur. Çünki bilirsiniz ki, bu zamana kimi müxtəlif ölkələrdə, xüsusilə Rusiyada onlarla görüşlər baş verib, amma bu görüşlərdə hər hansı nəticə hasil olmayıb”.

Bunu açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, İrəvan da artıq konstruktiv həll yolu istəyir:

“Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilən keçən Brüssel görüşündə, ondan öncəki görüşlərin bütün cəmindən daha çox irəliləyiş əldə olundu. Belə ki, ilk dəfə Ermənistan Zəngəzur dəhlizini ilk ayağını – dəmiryolu xəttini açmaöa keçən Brüssel görüşündə razılıq vermişdi. Bundan başqa, Azərbaycanla Ermənistan arasındakı sərhədlərin delimitasiya, demarkasiyasına razılıq vermişdi. Ona görə də bu dəfəki Brüssel görüşündən də gözləntilərim çox yüksəkdir.

Düşünürəm ki, bu görüşdə də Azərbaycan tərəfi istəyinə nail ola bilər. Məhz rəsmi Bakının öncədən 5 şərtlik sülh paketi hazırlaması bununla bağlıdır ki, biz bu görüşdə mütləq hər hansı bir kompromis nəticə əldə olunacağına, Ermənistanın konstruktiv mövqe sərgiləyəcəyinə inanırıq. Eyni zamanda Ermənistanın da bu maddələrə etiraz etməməsi ilk dəfə onu göstərir ki, İrəvan da konstruktiv həll yolu istəyir. Çünki bildiyiniz kimi biz artıq Avropa İttifaqı ilə tərəfdaşlıq müqaviləsi imzalamağa hazırlaşırıq, eyni zamanda Ermənistan da Avropa inteqrasiya etmək istəyir. Belə olan halda həm Ermənistan, həm Azərbaycan artıq sülh müqaviləsi imzalayıb, öz iqtisadiyyatını inkişaf etdirməyə, Avropaya inteqrasiya ilə iqtisadi bütünləşməyə yol almağa çalışırlar. Məhz buna görə düşünürəm ki, Ermənistan tərəfi o 5 maddəni böyük ehtimalla qəbul edəcək və hətta mən yeni bir uğurlu razılaşma – ya ola bilsin delimitasiya, demarkasiya ilə bağlı, ola bilsin mina xəritələrinin qaytarılması ilə bağlı, ola bilsin Zəngəzur dəhlizinin digər ayağı – avtomobil yolunun çəkilməsi ilə bağlı uğurlu bir nəticə əldə olunacağına inanıram.

Düşünürəm ki, Avropa İttifaqı bu məsələdə hər iki ölkəni kifayət qədər dəstəkləyəcək. Həm texniki cəhətdən, məsələn mina sahələrinin təmizlənməsi, həm delimitasiya, demarkasiya məsələsini, həmdə ki, maddi cəhətdən dağıdılmış infrastrukturun işğaldan azad olunmuş ərazilərdə yenidən bərpası, qaçqınların,məcburi köçkünlərin ora köçürülməsi, nəqliyyat dəhlizlərinin açılmasına görə Aİ-nin həm də maliyyə yardımlarının olacağını zənn edirəm”./milli,az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password