Bakıda mənzillər sürətlə bahalaşacaq – Qaçılmaz edən səbəblər
“Çoxmərtəbəli binaların qiyməti 7-10 faiz bahalaşacaq”.
Bunu açıqlamasında daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov tikinti materialları üzrə qiymətlərin qalxması fonunda yeni tikilən hündürmərtəbəli evlərin qiymətinin nə qədər bahalaşa biləcəyilə bağlı sualı cavablandırarkən deyib:
Bu olay bir tərəfədən də son nəticədə tikintinin həcminin azalmasına gətirib çıxara bilər. Qiymətlər bahalaşırsa, alıcılıq qabiliyyəti də aşağı düşür.
Nəticədə tikinti şirkətləri mənzil satmaqda çətinlik çəkir, belədə də onlar növbəti layihənin icrasına başlamağa tələsmirlər. Belə vəziyyətlə 2006, 2007, 2008-ci illərdə üzləşmişik. İndi də anoloji vəziyyətin təkrarlanması qaçılmazdır.
İnşaat işləri üzrə maya dəyərində tikinti materiallarının həcminin 45 faiz təşkil etdiyini nəzərə alsaq, bu sahədə baş verən qiymət artımı yeni tikilən hündürmərtəbəli evlərin qiymətinin hardasa 7-10 faizə qədər bahalaşmasına səbəb ola bilər”.
Bundan başqa Rusiyadan və Ukraynadan ölkəmizə qayıdan soydaşlarımızın da ev axtarışları Azərbaycan mənzil bazarına əhəmiyyətli təsir edib. Qarşıdakı aylarda bunun daha güclü şəkildə hiss olunacağı proqnoz edilir.