Abramoviç dostlarından borc istədi, verən olmadı

 

Rusiyalı oliqarx Roman Abramoviç sanksiyalara görə hollivudlu və amerikalı dostlarından borc istəməyə məcbur olub.

Bu barədə “Peydc siks” nəşri məlumat yayıb.

Məlumata görə, Abramoviçə işçilərinə maaş vermək üçün həftədə 750 min dollar lazımdır:

“Baxmayaraq ki, Abramoviçin Hollivudda, Voll Stritdə və texnologiya dünyasında çoxlu yaxın dostu var, amma onlar oliqarxa borc verməkdən çəkinirlər”.

O, Hollivud prodüseri və rejissoru Bret Ratner və Rotşild ailəsinə borc üçün müraciət edib:

“Onlar borc verməyə razı olmayıblar. Çünki ya nağd şəkildə pulları yoxdur, ya da bunun beynəlxalq hüquqa əsasən hansı nəticələrinin olacağı bəlli deyil”.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Co Baydendən Abramoviçə qarşı sanksiya tətbiq etməməyi xahiş edib, çünki o, Kiyev və Moskva arasında sülh danışıqlarına töhfə verə bilər./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password