Ukraynada müharibə niyə başladı? – Sensasiyalı təfərrüat

 

Dünyaca məşhur “The Wall Street Journal” nəşrində Ukraynada müharibənin qarşısını almağın mümkünlüyü barədə sensasiyalı məqalə dərc edilib.

Həmin məqalədən bəzi hissələri təqdim edirik. “Putinin Ukraynada 20 illik müharibə yürüşü” adlanan məqalədə vurğulanır ki, hələ yanvar ayında ABŞ Zelenskiyə Rusiyanın Belarusdan Kiyevə sürətli zərbə endirməyi nəzərdə tutan hücum planı barədə məlumat verib. Eyni zamanda, Avropa liderləri Rusiya prezidentini öz niyyətlərindən əl çəkməyə inandırmaq üçün son cəhdlərini ediblər.

Vəziyyətin gərginləşməməsi üçün sonuncu cəhdi fevralın 19-da Münhendə Almaniya kansleri Şolz tərəfindən edilib. Orada Zelenski Baydenin tövsiyələrinə qarşı çıxaraq Budapeşt Memorandumunu tənqid edir. Nəşr qeyd edir ki, Şolz Zelenskiyə ölkəsinin NATO cəhdlərindən imtina, neytrallığını elan etməyə çağırıb. Bununla da Qərb və Rusiya arasında geniş təhlükəsizlik sazişinin bir hissəsi olmasını təklif edib. Ardınca da, Bayden və Putin də Ukraynanın təhlükəsizliyini birgə təmin edən sənədə qol çəkirlər. Qəzet yazır ki, Ukrayna lideri bundan imtina edir:

“Zelenski deyib ki, Putinin belə bir razılaşmaya əməl edəcəyinə etibar etmək olmaz və ukraynalıların əksəriyyəti NATO-ya üzv olmaq istəyir. Onun cavabı alman məmurlarını sülh şansı azalması ilə bağlı narahat etməyə başladı”.

Yaxınlaşan təhlükəni dayandırmaq üçün başqa bir cəhd ABŞ və Avropa liderləri arasında videokonfransda – Bayden Putinlə görüşə razılaşdıqda və Makron vasitəsilə mesaj istədikdə edilir. Fevralın 20-nə keçən gecə Fransa və Rusiya prezidentləri artıq Rusiya-Amerika sammitinin keçirilməsi planı barədə məlumat veriləcək press-relizin mətnini müzakirə edir. Ancaq ertəsi gün Putin Makronz zəng etdi və sammit ləğv edilir”.

Qəzet yazır ki, ardınca Putin Ukraynanın şərqindəki separatçı anklavların müstəqilliyini tanımaq qərarına gəlir: “O, nasistlərin Kiyevdə hakimiyyəti ələ keçirdiyini və NATO-nun onun təhlükəsizliklə bağlı narahatlığına cavab vermədiyini və Ukraynada nüvə raketləri yerləşdirməyi planlaşdırdığını söyləyir. Daha sonra, bildiyiniz kimi, 2022-ci il fevralın 21-də Putin “LDNR”nin müstəqilliyini tanıdı və fevralın 24-də səhər saatlarında Ukraynada “hərbi xüsusi əməliyyat” elan etdi”./milli.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password