“Fidyə nədir və Ramazanda kimlər fidyə verməlidir?
“Bildiyimiz kimi Ramazan ayı çox bərəkətli bir aydır, sıradan olan təqvimi ay deyil. Ona görə ki, Ramazan ayı quranın göydən yerə enişidir. Məhz 11 ayın sultanı Ramazan ayı ona görə müqəddəsdir ki, bu ayda çoxlu dualar olunur. Ramazan ayı adından da göründüyü kimi yanmaq mənasındadır. Yəni insanlar 11 ay etdiyi günahları məhz bu Ramazanda yandırır. Ramazan ayında çoxlu Quran oxumaq, çoxlu Allahı xatırlamaq, zikr etmək və günahları gözünün önünə gətirib Allahdan bağışlanmağı istəməkdir”
Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli deyib. O daha sonra əlavə edib.
“Ramazan ayı tək dilin, mədənin, gözün oruc olması ayı deyil. Eyni zamanda bütün bədən üzvləri Ramazana hazırlıqlı olmalıdır. Buyurulur ki, hər kim bu ayda oruc tutarsa, Allaha yaxın gələrsə həmin şəxsi mən mükafatlandıraram. Allah tək bizdən orucu yox, həm də yaxşı əməlləri istəyir. Məsələn, qeybət etmişiksə, qəlb sındırmışıqsa, ola bilər kiməsə yaxşı baxmamışıqsa, davranışlarımızda doğru hərəkət etməmişiksə, məhz Ramazanda bütünlükdə ruhu tərbiyə etmək lazımdır. 11 ay biz cismimizi tərbiyə etdik, yeməklə, içməklə və Allahın verdiyi bütün halal nemətlərlə. Məhz Ramazan ayında insan bir ay ruhunu tərbiyələndirməlidir. Ramazan ayında bəyənilən əməllərdən biri də ehtiyacı olan insanların yanında olmaq, küsülüləri barışdırmaq, qəbirstanlığa gedib doğmalarını ziyarət etmək, yaxın olan insanlara yardım etməkdir. Ömrü Ramazan olanın, axirəti bayram olar deyirlər. Bu mənada ki, hər bir insan kiminsə yanından biganə keçməməlidir. Ramazan ayı Allahın ziyafət ayıdır. Ramazan bir bərabərlikdir” deyə ilahiyyatçı bildirib.
Surxay Məmmədli oruc tuta bilməyən şəxslərdən də danışıb.