Keçmiş SSRİ ölkələrinin ən bahalı klubları: “Qarabağ” da var

 

Keçmiş SSRİ ölkələrinin ən dəyərli futbol klublarının adları açıqlanıb.

Siyahıda hər ölkənin ən bahalı komandası yer alıb.

Futbolçularının transfer qiymətinə görə, Azərbaycanın ən dəyərli klubu olan “Qarabağ” postsovet məkanında 6-cıdır. Ağdam təmsilçisinin oyunçularının ümumi qiyməti 14 milyon 430 min avroya bərabərdir. Azərbaycan klubunu müvafiq olaraq Ukrayna, Rusiya, Gürcüstan, Moldova və Qazaxıstan komandaları qabaqlayır.

Siyahıya Donetsk “Şaxtyor”u başçılıq edir. Ukrayna klubunun ümumi dəyəri 194 milyon avrodan çoxdur. Rusiya təmsilçisi “Zenit” 165 milyona yaxın qiymətlə ikinci yerdədir. Xviça Kvaratsxeliyanı heyətinə qatması Batumi “Dinamo”sunu bu cədvəldə üçüncü pilləyə yüksəldib. “Qarabağ”ın geri qaldığı digər klublar isə “Şerif” və “Astana”dır.

1. “Şaxtyor” (Donetsk, Ukrayna) – 194,10 milyon avro

2. “Zenit” (Rusiya) – 164,55 milyon

3. “Dinamo” (Batumi, Gürcüstan) – 24,23 milyon

4. “Şerif” (Moldova) – 19,08 milyon

5. “Astana” (Qazaxıstan) – 15,05 milyon

6. “Qarabağ” (Azərbaycan) – 14,43 milyon

7. “Şaxtyor” (Soliqorsk, Belarus) – 13,78 milyon

8. “Riqa” (Latviya) – 9,50 milyon

9. “Paxtakor” (Özbəkistan) – 9,83 milyon

10. “Jalgiris” (Litva) – 6,93 milyon

11. “Pünik” (Ermənistan) – 6,16 milyon

12. “Levadiya” (Estoniya) – 5,26 milyon

13. “Neftçi” (Qırğızıstan) – 2,54 milyon

14. “Axal” (Türkmənistan) – 1,35 milyon

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password