İrəvanın Rusiyaya yardımı peyk görüntüləri ilə təsdiqləndi – Video

 

Ukraynada istifadə olunması məqsədilə erməni pilotlarla birlikdə Rusiyaya 4 Su-30 tipli döyüş təyyarəsi göndərən Ermənistan “Haber Global”ın həqiqəti ortaya qoyması ilə dünya ictimaiyyətini çaşdırmağa çalışıb. Ancaq həqiqət tezliklə üzə çıxıb.

“Haber Global” bu xəbəri dərc etdikdən sonra Ermənistan inkar yolunu seçib. Ermənistanın Baş naziri Nikol Paşinyan xəbərin dezinformasiya olduğunu iddia edərək, “Təyyarələrimiz heç vaxt torpaqlarımızı tərk etməyib”, – deyib. Peyk görüntüləri isə əksini deyir.

Martın 18-də çəkilmiş peyk görüntülərinin birincisində Ermənistandakı hava bazasında 4 Su-30 tipli döyüş təyyarəsi görünüb.

Martın 25-də çəkilən ikinci görüntüdə isə eyni məkanda fərqli mənzərə olub. Bu yeni görüntülərdə Rusiyaya göndərilən Su-30 təyyarələri yoxdur. Onların olduğu yerdə MiQ-29 qırıcıları var.

Ermənistan Su-30-ları nə vaxt alıb?

Su-30-lar F-14 və F-15 qırıcıları ilə rəqabət aparmaq üçün istehsal olunublar. Ermənistan Hərbi Hava Qüvvələrinin arsenalını gücləndirmək üçün 2019-cu ildə Rusiyadan 4 ədəd Su-30 sifariş verib. Tədarük 2020-ci ilin may ayında gerçəkləşdirilib.

Ermənistan təyyarələri heç istismar etmədən Rusiya Ordusunun xidmətinə təhvil verib. Erməni pilotlarla Ukrayna müharibəsi üçün Rusiyaya reaktiv təyyarələr göndərilib.

Rusiyaya daşınma güzərgahı

Təyyarələr martın 23-də Rusiyaya göndərilib. Onların yola çıxma məntəqəsi İrəvandakı Erebuni hava limanı olub. Erməni pilotların istifadə etdiyi 4 Su-30 qırıcı təyyarəsi yerli vaxtla saat 12:50-də yola düşüb. Göyçə mahalındakı Aşağı Qaranlıq şəhərindən keçən təyyarələr saat 13:14-də son dayanacağa – Rusiyaya çatıblar.

Peyk fotofaktları da bu daşınmanı sübut edib.

Beləliklə, Ermənistan öz təyyarələrini və pilotlarını Rusiya ordusunun sərəncamına verməklə Ukraynaya təcavüzün şərikidir və Rusiyanın başladığı müharibənin tərəfində olduğunu göstərib. Ermənistan da Rusiya kimi Qərbin sanksiyalarının hədəfinə çevrilmək riski altındadır.

“Haber Global”ın açıqladığı bu olay beynəlxalq mətbuatda böyük əks-səda doğurub. Moskva və İrəvan arasında münasibətlərdə anlaşılmazlığa səbəb olub. Məxfi bilgilərin mətbuata sızması Ermənistanı Rusiya qarşısında çıxılmaz vəziyyətə salıb. İki ölkə arasında diplomatik gərginlik yaranıb.

Ermənistan inventarındakı təyyarə boşluğunu doldurmaq və hadisəni ört-basdır etmək üçün Suriyadan tələsik 4 Su-30 tipli döyüş təyyarəsi gətirib. Belə ki, Ermənistana məxsus təyyarələrin heç vaxt ölkəni tərk etmədiyi görüntüsü yaratmağa cəhd edilsə də, peykdən çəkilmiş şəkillər bu təkzibi iflasa uğradıb. Görüntülər heç bir şübhə yeri qoymayıb, Ermənistanın isə dünya ictimaiyyətinə yalan danışdığı üzə çıxıb.

İllərdir Cənubi Qafqazda işğal siyasəti yürüdən Ermənistan hazırda Ukraynanın işğalını dəstəklədiyi halda bütün bu hadisələr İrəvanın regional sülhə deyil, münaqişəyə xidmət etməsinə zəmin yaradıb. İndi bütün gözlər Qərbin reaksiyasındadır. İndi sual yaranır: dünya buna göz yumacaq, yoxsa Ermənistanı öz əməllərinə görə məsuliyyətə cəlb edib, sanksiyalar tətbiq edəcək?

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password