Ermənilər plan cızır: Qarabağda səngərlər qazırlar, silah almaq eşqinə düşüblər

 

Azərbaycan Ordusunun son əməliyyatından sonra qorxuya düşən Qarabağdakı separatçılar alternativ yollar axtarmağa başlayıblar. Alp.az xəbər verir ki, rus sülhməramlılarının “dişsizliyini” görən separatçılar onlardan narazı qaldıqlarını nümayişkəranə şəkildə deyil, dolayı şəkildə dilə gətirməyə belə başlayıblar.

Erməni mediası (“Fakt” qəzeti) bununla bağlı yazır ki, separatçılar artıq rus sülhməramlılarına elə də çox etibar etmirlər. Həmin məlumata görə, Fərrux kəndinin işğaldan azad edilməsindən sonra Qarabağdakı terrorçularda bu inamsızlıq daha da artıb. “Həmin hadisələr zamanı Xankəndidəki ermənilər Azərbaycan Ordusunun daha da irəliləyəcəyini, rus sülhməramlılarının isə onlara heç bir müqavimət göstərmədiyini gördükdən sonra öz hərbçilərini qabağa vermək məcburiyyətində qaldılar. Məhz bu taktikadan sonra Azərbaycan Ordusu irəliləməni dayandırdı”.

Bunun ardından isə qəzet yazır ki, Qarabağdakı erməni separatçıları bölgədə qalmağın və Azərbaycan Ordusuna qarşı çıxmağın yeganə yolu kimi “müdafiə ordusu”nu gücləndirməkdə görüblər. “Hazırda Harutyunyanın komandası yeni silahların alınması, silahlı birləşmələrin komplektləşdirilməsi və onların hərbi-texniki cəhətdən təhcizatını yeniləmək üçün konkret addımlar atmaq barədə qərar veriblər. Belə ki, bu məqsədlə bir sıra layihələrə ayrılmış pulları dayandıraraq, həmin vəsaiti silahların alınmasına yönəltməyə hazırlaşırlar”.

Qeyd edək ki, bu separatçıların yeganə təşəbbüsü və cəhdi deyil. Düşmən başqa bir taktikadan istifadə edərək, mümkün müharibə zamanı daha az itki verməyin yollarını da axtarmağa başlayıb. Hərbi jurnalist Elgün Gəncimsoy bununla bağlı yazır ki, aprel döyüşləri zamanı Azərbaycan Ordusunun tətbiq etdiyi bütün silah və hücum taktikasından düşmən çox ciddi dərs götürüb önləyici istehkam işləri gördü. “Bunu bütün hərbçi dostlar təsdiqləyə bilər. Gecə-gündüz durmadan qazıb, bərkitdilər. Bundan sonra vəziyyətin gərginləşdiyini görüb Tovuzda təxribata əl atdılar. Bu silahlı toqquşmada xeyli sayda Şəhid verdik. Ancaq düşmənin kəşfiyyat xarakterli döyüşündə onlara heç bir “kart” verilmədi. Bu da Vətən Müharibəsində ciddi nəaliyyətlərlə nəticələndi. İndi isə düşmən (Qarabağda qalan terrorçular) Vətən müharibəsindəki döyüş taktikamızdan və tətbiq edilən silahlardan nəticə çıxarıb. Qurduqları müdafiyə xəttində səngərləri tək-tək qazırlar. Yəni hər terrorçu üçün cəmi bir quyu qazırlar… Məqsədləri “Bayraktar”ın və “Harop”un atəşi zamanı kütləvi itkinin azaldılmasıdır. Bunların fəaliyyətindən belə çıxır ki, yenə döyüşmək istəyirlər!”

Qeyd edək ki, separatçıların ruslardan incik düşməsi, yeni silahlar almaq barədə xülyalara qapılmaları qeyri-adi bir şey deyil. Onların bir nəfərlik səngərlər qazmaları da əhəmiyyətsiz işdir. Çünki Azərbaycan Ordusu nəyi nə zaman və necə edəcəyini yaxşı bilir. Onlar təknəfərlik səngər qazsalar belə, Ordumuzun cəngavərləri onları elə tək-tək məhv edəcək. Qaldı, kənardan silah gətirmək və hansısa “ordu quruculuğu”nu həyata keçirməyə, bunu yuxularında da görə bilməzlər. Ona görə ki, Azərbaycan Qarabağa daşınan hər nə varsa hamısı haqqında müfəssəl məlumata malikdir. Hətta buna cəhd etsələr belə, Llaçın Dəhlizində onların məhv edilməsi elə də çətin məsələ deyil./jamaz.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password