Aprel döyüşünün 6-cı ili: Zəfərin ilk müjdəçisi

 

Bu günün prizmasından baxdığımız zaman 2016-cı il aprel döyüşlərini 44 günlük müharibədən sonra qazandığımız böyük zəfərin ilk müjdəçisi, başlanğıcı adlandırmaq olar.

Bu sözləri 2016-cı il aprel döyüşlərinin əhəmiyyətini şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspertin sözlərinə görə, Azərbaycanın həmin döyüşlərdə azad etdiyi mövqelərin və qazandığı qələbənin 44 günlük müharibənin də böyük zəfərlə nəticələnməsində xüsusi önəmi var:

“Döyüşlər zamanı Azərbaycan Ermənistana ilk dəfə idarəolunan sursatlardan və pilotsuz aviasiyadan tam şəkildə istifadə, hədəflərə nöqtə atışları ilə cavab verdi. Əslində həmin döyüşlər rəsmi İrəvana xəbərdarlıq idi. Lakin onlar nə hərbi ritorikadan, nə də əməllərindən əl çəkdilər. Azərbaycan Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini və Cocuq Mərcanlı kəndini, Goranboy rayonunun Gülüstan kəndi və Suqovuşan istiqamətində bəzi mövqeləri işğaldan azad edərək əlverişli mövqelər əldə etdi. Həmin mövqelərin azad edilməsi cənub istiqamətində Füzuli-Cəbrayıl, şimal istiqamətində isə Suqovuşan-Ağdərə yolunun Azərbaycanın atəş nəzarətinə keçməsi ilə nəticələndi. 44 günlük Vətən müharibəsinin başlanğıcında düşmənə ilk əks-hücum zərbələrinin məhz Talış və Lələtəpə yüksəkliyindən endirilməsi 2016-cı il aprel döyüşlərinin, eyni zamanda sözügedən yüksəkliklərin azad edilməsinin önəmini bir daha gözlər önünə sərir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password