Türkiyə Prezidenti: “Rusiyanın ciddi itkiləri var”

 

“Təbii ki, Rusiya ilə Ukrayna arasındakı müharibə dünyanın son vaxtlar görmədiyi, yaşamadığı bir prosesdir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

“Bu gün Rusiya ərazisinə, əhalisinə, hərbi, siyasi, iqtisadi və mədəni qüdrətinə görə dünyanın ilk üç dövləti sırasında yer alan bir gücdür, qüvvətdir. Bu vəziyyətə göz yummaq mümkün deyil. Ukrayna da sıradan ölkə deyil. Bu gün Ukraynanın 45 milyona yaxın əhalisi var və sahəsinə görə o qədər də kiçik dövlət deyil. Hazırda, təbii ki, dünya, xüsusən də Qərb Ukraynanı dəstəkləyir, ona sahib çıxır. Belə bir strukturdan söhbət gedir. Bu baxımdan qiymətləndirmələr aparılıb. Əlbəttə, bu da var ki, bəziləri “Bu müharibə bir həftə, 10 günə bitəcək” deyirdi. Gördüyünüz kimi, bir həftə, 10 günə bu müharibə bitməyib. Bitmədi, amma bitib-bitməməsi bir yana, çoxlu itki var. Xüsusilə uşaq və qadınlar baxımından ciddi itkilər var. İndi onlara məhəl qoymamaq mümkün deyil. Güclü Rusiyanın belə ciddi itkiləri var. Bunu müharibənin qalibi və uduzan tərəfi baxımından yaxşı qiymətləndirmək lazımdır”, – Türkiyə lideri vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, sülh ən vacib həll və çıxış yoludur: “Bu nöqteyi-nəzərdən ümid edirəm ki, biz bu işin tez bir zamanda başa çatmasına vəsilə ola bilərik. Türkiyə olaraq belə bir prosesdə həm cənab Putinin, həm də cənab Zelenskinin inamı ilə bu işi başa çatdırmaq bizi xoşbəxt edəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password