BMT yeni komissiya yaratdı: Rusiyanın Ukraynadakı cinayətləri araşdırılacaq
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Komitəsinin sədri səfir Federiko Vilyeqas (Argentina) Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində insan hüquqlarının bütün iddia edilən pozuntularını, sui-istifadələrini, beynəlxalq humanitar hüququn pozulmasını və əlaqəli cinayətləri araşdırmaq məqsədilə komissiya yaradıldığını elan edib.
Bu barədə BMT-nin İnsan Hüquqları Komitəsinin saytı xəbər verir.
Komissiya üç üzvdən ibarətdir:
1. Norveçdən Erik Myosse (sədr) – Avropa İnsan Hüquqları Məhkəməsinin sabiq hakimi, Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının keçmiş sədri və Norveç Ali Məhkəməsinin sabiq hakimi. Erik Myosse insan hüquqları və beynəlxalq cinayət hüququ üzrə ekspertdir.
2. Bosniya və Herseqovinadan Jasminka Jümhür – Bosniya və Herseqovinanın İnsan Hüquqları üzrə Müvəkkilidir. Jasminka Jümhür hüquq elmləri doktorudur və məhkəmə sistemində, insan hüquqları və beynəlxalq münasibətlər sahəsində 30 ildən artıq təcrübəyə sahibdir.
3. Kolumbiyadan Pablo de Qreyff + Beynəlxalq təşkilatlarda ədalət məsələləri üzrə keçmiş məsləhətçisi və Nyu York Universitetində keçid dövrünün ədalət proqramının direktoru.
Belə bir komissiyanın yaradılması İnsan Hüquqları Komitəsinin 2022-ci il 4 mart tarixdə qəbul etdiyi 49/1 qətnaməsində nəzərdə tutulub. Həmin sənədə əsasən, İnsan Hüquqları Komitəsinin prezidentin təyin etdiyi üç ekspertdən ibarət müstəqil beynəlxalq təhqiqat komissiyasının yaradılması barədə qərar qəbul edib.
Komissiya bir il müddətinə yaradılır və 2022-ci ilin sentyabrında öz işi haqqında İnsan Hüquqları Komitəsinə şifahi hesabat verməli, 2023-cü ilin martına qədər yazılı hesabat hazırlamalı və BMT Baş Assambleyası qarşısında hesabat verməlidir./qaynarinfo.az