Qarabağın bərpasına şirkətlər cəlb etmək bizim üçün qürurvericidir – MÜSİAD Azərbaycan
Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinin bu dəfəki qonağı Müstəqil Sənayeçi İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin rəhbəri Rəşad Cabirli olub.
R.Cabirli bir neçə ay əvvəl MÜSİAD-ın təşkilatçılığı ilə Bakıda keçirilən İBF Beynəlxalq Biznes Forumunun nəticələrindən, xarici iş adamlarının Azərbaycana, xüsusilə də işğaldan azad edilən ərazilərə sərmayə yatırmaq istəklərindən, bu istiqamətdə aparılan işlərdən danışıb.
O, bildirib ki, İBF Beynəlxalq Biznes Forumu 1996-cı ildə MÜSİAD tərəfindən təsis edilib.
“Bu forum hər il həyata keçirilir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra bu biznes forumunun Azərbaycanda keçirilməsi qərara alındı. Forum İqtisadiyyat Nazirliyinin ev sahibliyi, KOBİA-nın təşkilatçılığı və dəstəyi ilə ötən ilin noyabr ayında uğurla baş tutdu”.
R.Cabirli əlavə edib ki, MÜSİAD Azərbaycan qurulduğu gündən etibarən Türk iş adamı və investorların Azərbaycana cəlb olunması ilə yanaşı digər ölkələrdən də iş adamı və investorların cəlb olunması prioritet məsələlərdən olub. Ötən il keçirilən İBF tədbiri də bu qəbildən olan tədbirlərdəndir:
“Türkiyə başda olmaqla 32 müxtəlif ölkədən 500-dən çox investor və iş adamı Azərbaycanı ziyarət etdilər və ziyarət çərçivəsində Azərbaycanda münbit investisiya imkanları ilə tanış etmiş, İBF Formundan sonra da bizə edilmiş müraciətləri MÜSİAD Azərbaycan olaraq qəbul edərək bəzi hazırlıq işləri aparırıq. Bildiyiniz kimi investisiyanın qoyulması müəyyən qədər vaxt tələb edən bir prosesdir. Bu proses zamanı müəyyən araşdırmalar həyata keçirilməlidir. İBF forumunun şüarı Asiyanın incisi olan Azərbaycana yatırım etməklə 320 milyonluq əhalisi olan MDB bazarına çıxış imkanları haqqında iş adamlarını məlumatlandırmaq və onlara bu imkanları təqdim etməkdir”.
MÜSİAD Azərbaycan şöbəsinin rəhbəri qeyd edib ki, Qarabağın yenidən inşa olunmasında şirkətlərin cəlb olunması, bu sahəyə sərmayə yatırmaq onlar üçün qürur vericidir.
Bizə bu istiqamətdə ilkin mərhələdə əsasən inşaat sahəsində iştirak etmək üçün müraciət edən şirkətlər olub. Biz eyni zamanda işğaldan azad olunmuş bölgələrdə yeni iş yerlərinin yaradılması üçün qoyulan investisiyaları da xüsusi diqqət mərkəzində saxlayırıq. İBF formunu həyata keçirdyimiz zaman kənd təsərrüfatı, turizim, inşaat, səhiyyə kimi bir neçə sahə müəyyənləşdirmişdik ki, xüsusən bu istiqamətlərdə fəaliyyət göstərən şirkətləri Azərbaycana cəlb etmək bizim öncəliyimiz idi. Qarabağın inşasında Türk şirkətləri var və bu müaraciətlər hələ də davam edir. Digər məqsədlərimizdən biri də Türkiyə və Azərbaycan şirkətlərinin birgə müəssisələrinin təsis edilməsi və buradan da MDB bazarına çıxış imkanlarını dəyərləndirməkdir. Biz MÜSİAD Azərbaycan olaraq bu istiqamətdə fəaliyyətlərimizi davam etdirəcəyik”.
Müsahibənin videovariantını təqdim edirik.