Ermənistan Qazaxın 7 kəndini boşaltmasa, o zaman Azərbaycan…

 

“Ermənistanın demək olar ki, əsas idarəetmə və qanunvericilik orqanlarının Azərbaycanı sülh müqaviləsi imzalamağa dəvət etməsi bir qədər şübhəli məqamlarla müşahidə olunur”.

Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, sülh sazişinin imzalanmasını Ermənistan süni olaraq ləngidir:

“Nədənsə il yarım ərzində Ermənistan tərəfi məhz bu müqavilənin imzalanmasına dair Azərbaycanın təkliflərindən bu və ya digər bəhanələrlə uzun müddətdir yayınmağa, bu zamanı uzatmağa çalışırdı. İndi isə növbəti dəfə Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə Azərbaycanın mövqelər əldə etməsi və orada möhkəmlənməsi Ermənistana çox ciddi bir siqnal oldu və onlar artıq anladılar ki, heç də rus sülhməramlısı Qarabağda söz sahibi deyil. Burada söz sahibi olan Azərbaycan Ordusudur və onlar da artıq üçtərəfli birgə bəyanatın şərtlərini məcbur olaraq Ermənistana həzm etdirməyə başlayıblar.

Ermənistan tərəfindən sülh müqaviləsi üçün verilən təkliflər o zaman səmimi qəbul olunardı ki, heç olmasa Azərbaycan tərəfinin verdiyi 5 bəndlik təklif qəbul edilsin. Ermənistan tərəfi isə bunu qəbul etməklə bərabər, ora əlavələr etməsi, xüsusilə də Qarabağdakı 20-25 minlik erməni üçün “status” tələb etməsi işləri bir qədər cızığından çıxardı. Nəticə etibarilə atəşkəsin pozulmasına cavab olaraq Azərbaycanın atdığı addımlar artıq Ermənistanı daha dərindən düşünməyə vadar edir. Əgər Ermənistan öz təkliflərində həqiqətən də səmimidilərsə, o zaman işğal altında qalan Qazax rayonunun 7 kəndini boşaltsınlar. Onda biz anlayaraq ki, həqiqətən də Ermənistan sülh istəyir.

Delimitasiya prosesini Ermənistan bu qədər uzadır. Sülh müqaviləsi üçün ilk öncə sərhədlərin təyin olunması lazımdır. Tərəflər bir-birinin sərhədlərini təyin etmədən bu sülh müqaviləsini necə imzalayacaqlar?! Çünki sülh müqaviləsinin birinci bəndi o olacaq ki, tərəflər əlavə edilmiş xəritələrə əsasən bir-birinin ərazi bütövlüyünü tanıyır. Bu bəndin yazılması üçün, sülh sazişinin hər iki tərfədən qəbul edilməsi üçün sərhədlərin təyin olunmasından başlanılmalıdır, amma bu prosesi də Ermənistan süni olaraq ləngidir. Görünür Avropa qarşısında özünü sülhsevər göstərmək üçün belə bəyanatlar səsləndirirlər, amma Ermənistan tərəfinin başqa çıxış yolu da yoxdur. Bu təkliflər səslənməzsə təbii ki, Azərbaycan yumşaq güc üsulu ilə, daha dəqiq desək, səsgücləndiricilər vasitəsilə erməni silahlılarını ərazidən çıxamaqda davam edəcək”./milli.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password