Nizami Gəncəvi Beynəlxalq mərkəzi 31 mart soyqırımı haqqında konfrans keçirəcək

 

Nizami Gəncəvi Beynəlxalq mərkəzi martın 31 – də hibrid formatda “yaddaşın əbədiləşdirilməsi-insanlığa qarşı soyqırımın və cinayətlərin inkarına qarşı proses” adlı konfrans təşkil edəcək.

Mərkəzdən verilən xəbərə görə, bu tədbir iki tarixi hadisəni birləşdirir.

Belə ki, həmin gün Azərbaycanda 1918-ci il mart soyqırımı qurbanlarının yad edildiyi gün həmçinin 2003-cü il bu tarixdə soyqırım qurbanlarının ilk dəfn mərasiminin keçirildiyi gündür.

Konfransda anım institutlarının təşkili və yaradılması, fəallıq, şəxsi əşyaların və sənədlərin mühafizəsi və toplanması, bu istiqamətdə çalışan beynəlxalq təşkilatlarla tərəfdaşlıq qurmaq, soyqırımının inkarı və insanlıq əleyhinə cinayətlərin inkarına qarşı prosesin qurulması kimi əhəmiyyətli mövzuları müzakirə edəcəkdir. Qərar qəbul edənlər cinayətləri və cinayətkarları pisləyən qanun layihələri, bəyannamələr və ya qətnamələr hazırladıqları zaman mühüm element də milli və beynəlxalq liderlər arasında əlaqənin yaradılmasıdır.

Ukrayna müharibəsi konfransın diqqət mərkəzində olacaq.

Konfransda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və nüfuzlu sabiq liderlər iştirsk edəcək. Soyqırımda bəşəriyyətə qarşı cinayətlərdə həlak olanların xatirəsinin yad edilməsinin gələcək fəlakətlərin qarşısını alacağı ümidi ilə zorakılığın yolverilməz olduğunu və qurbanları heç vaxt unudulmaması istiqamətində fəaliyyət planı hazırlanacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password