Qarabağda erməni terrorçuların itkiləri açıqlandı

 

Qarabağda vəziyyət stabildir, ötən gecə hər hansı insident qeydə alınmayıb. Bu haqda erməni mediası xəbər yayıb.

Erməni tərəf son iki gün ərzində Qarabağdakı terrorçu dəstələrin itkiləri haqda da son məlumatı açıqlayıb. Bildirilir ki, 25 martda hospitala aparılan 2 silahlının durumu çox ağır, 1-i orta ağır, 12 yaralının vəziyyəti isə qənaətbəxşdir. 24 mart gecəsi daha 5 nəfərin yaralandığı vurğulanıb. Ötən gün erməni terrorçuların ölü sayı 3-ə çatıb. Ümumilikdə, qondarma qurum son iki gündə 3 nəfər itirib, 19 yaraqlı isə hospitala yerləşdirilib.

***

Martın 25-də Xankəndi hərbi hospitalına yaralı silahlılar gətirilib. Bu barədə Qarabağın qondarma “ombudsmanl” Qeqam Stepanyan öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, təsdiqlənmiş məlumata əsasən, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həkimlər 10 nəfərin vəziyyətini yüngül, 1 nəfərin orta ağır, 1 nəfərin vəziyyətini ağır, 2 nəfərin vəziyyətini isə son dərəcə ağır qiymətləndirib.

Hadisənin gerçək səbəbləri barədə dəqiq məlumat olmasa da, başıpozuq separatçılar həmiçəki kimi, Azərbaycanı ittiham edir./musavat.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password