Belaruslar Ukraynaya qarşı savaşmaq istəyirmi? – Rəy sorğusunun nəticələri

 

Məlum olduğu kimi, son günlər Belarus ordusunun da Rusiyanın Ukraynaya qarşı işğalına qoşulacağına dair xəbərlər yayılmaqdadır. Lakin Belarus ərazilərini rus qoşunlarının tapdağı altına verən Aleksandr Lukaşenko hələlik bununla bağlı qəti qərar verməkdə çətinlik çəkir və mümkün qədər Moskvanın hərbi avantürasına qoşulmamağa çalışır. 

Bu da təsadüfi deyil. Çünki iqtisadi, siyasi və s. digər cəhətlərlə yanaşı, Belarus əhalisinin mövqeyi də Lukaşenkonu bacardığı qədər işğala qoşulmamağa vadar edir.

Belarusun “Наша Ніва” nəşri “Chatham House” beynəlxalq sorğu şirkətinin ölkədə keçirdiyi sorğunun nəticələrini dərc edib. Əsasən Ukraynadakı müharibə ilə bağlı sualların yer aldığı sorğu göstərib ki, belaruslar əsas etibarilə ruslardan fərqli olaraq, Ukraynaya müdaxilənin əleyhinədirlər.

Rəyi soruşulan belarusların cəmi 3 faizi Ukraynaya qarşı döyüşməyə hazır olduqlarını bildiriblər. Respondentlərin 67 faizi isə Rusiyanın Belarus ərazisindən istifadə edərək Ukraynanı bombalamasının qəti əleyhinədir. Həmçinin, belarusların yarıdan çoxu ümumiyyətlə ölkə ərazisindən Ukraynaya qarşı istifadə olunmasını istəmirlər.

Sorğunun maraqlı nəticələrindən biri də budur ki, hətta Rusiyanın qatı tərəfdarı olan belaruslar belə ölkələrində rus qoşunlarının sayının artmasının əleyhinədirlər. Rəyi soruşulanların 80 faizi isə Belarusda nüvə silahı yerləşdirilməsinin qəti əleyhinə olduqlarını bildiriblər. Hətta sorğuda iştirak edənlərin 20 faizi hesab edir ki, hazırda Belarus işğalçı dövlətdir və onun ərazisinin Rusiya tərəfindən istifadəı olunması Belarusu işğalçı dövlətə çevirib.

Rəyi soruşulanların cəmi 28 faizi Rusiyanı dəstəklədiklərini bildiriblər. Lakin hətta bu adamlar belə hesab edirlər ki, Belarus Ukraynaya qarşı aparılan müharibədə iştirak etməməlidir.

Xatırladaq ki, bundan öncə Rusiyada keçirilən sorğunun nəticələri açıqlanmışdı və məlum olmuşdu ki, əhalinin 71 faizi Putini və Rusiyanın işğalçı müharibəsini dəstəkləyir. Belarusda keçirilən sorğunun nəticəsi isə göstərir ki, bu ölkənin əhalisi qonşu və qardaş hesab edilən ruslardan daha adekvatdır, onlardan fərqli düşünür və sivilizasiyaya, ümumbəşəri dəyərlərə, adi insani hisslərə daha yaxınıdr…/azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password