Türkiyəli ekspert : “Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini dəyişəcək”
“Azərbaycan və Avropa İttifaqı (Aİ) uzun illər ərzində yüksək səviyyəli əlaqələr qurub. Azərbaycan Avropa Qonşuluq siyasəti, Şərq tərəfdaşlığı və Avropa Şurasının layiqli üzvüdür. Şübhəsiz, Aİ-da Azərbaycanın regionda və dünyada oynadığı rolu dərindən dərk edirlər. Elə məhz bu səbəbdən Avropa İttifaqı Azərbaycana 600 milyon avrodan çox investisiya yatırıb”
Bu fikirləri açıqlamasında Türkiyədən olan enerji eksperti, iqtisad üzrə elmlər doktoru Rahmi İncekara bildirib. O qeyd edib ki, Azərbaycan Avropa üçün həm də enerji siyasəti sahəsində aparıcı ölkələrdəndir
“Azərbaycan Avropa İttifaqı üçün əhəmiyyətli enerji müttəfiqidir. Belə ki, Azərbaycan Aİ-nin neft tələbatının 5%-dən artığını ödəməklə bərabər Xəzər dənizindəki qaz yataqlarının Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına çıxarılmasında rolu əvəzedilməz hesab olunur. Avropa İttifaqının Azərbaycan neftinin ən böyük müştərilərindən biri olması isə faktdır”.
Ekspert Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz – 2” yatağının 2020-ci ildən etibarən Avropa bazarına 10 milyard kubmetr, Türkiyəyə isə 6 milyard kubmetr qaz nəql etməsini böyük potensial kimi dəyərləndirib :
“Cənub Qaz Dəhlizi bir çox tərəfdaşın iştirak etdiyi beynəlxalq hidrokarbon sənayesinin ən tutarlı layihəsidir. Hesab edirəm ki, SGC (Cənub Qaz Dəhlizi) Xəzər dənizindən Avropa bazarlarına qaz tədarükünü təmin edərək bütün Avropanın enerji xəritəsini dəyişəcək. Ötən günlərdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Antalya Diplomatik Forumunda çıxışı zamanı Azərbaycanın təbii qaz ehtiyatının 2,6 trilyon kubmetr olduğunu açıqladı. Fikrimcə nazir burada Azərbaycanın həm də, Türkiyə üzərindən Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) vasitəsilə təbii qazın nəqlini 16 milyard kubmetrdən 31 milyard kubmetrə, Trans-Adriatik Qaz Kəməri (TAP) vasitəsilə isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırmağa qadir olduğunu bildirdi”ş
Ekspert, son həftələrdə Avropa İttifaqının Azərbaycandan qaz tədarükünü artırmaq üçün təmaslarını artırdığını vurğulayıb: “Avropanın əsas qaz tədarükçüsü olan Rusiyanın Ukraynada müharibəni davam etdirməsi, Aİ-nı TAP-ın enerji ixracatını ildə 8 milyard kubmetrdən 10 milyard kubmetrə çatdırmağı hədəfləyir. Bu mənada qeyd etmək lazımdır ki Azərbaycan, Aİ-ın enerji təhlükəsizliyinin təmin edilməsi üçün ən güvənli liman olacaq”./report.az