Putindən inanılmaz qərar: Avropa şok yaşayır
Moskvanın qaza görə ödənişin gələcəkdə rublla aparılması haqda bəyanatı Almaniyanın qaz sənayeçiləri arasında anlaşılmazlıq yaradıb.
Bu barədə “Zukunft Gas” assosiasiyasının rəhbəri Timm Keler deyib.
“Rusiyanın qaza görə ödənişi yalnız rublla qəbul edəcəyi barədə bəyanatı böyüş çaşqınlıq yaradır. İndiki halda biz bilmirik bu qərar qaz təchizatına necə təsir göstərəcək”, – o qeyd edib.
T.Keler bildirib ki, Moskvanın bu gözlənilməz tələbi artıq sanksiyaların Rusiyaya təsir etdiyini təsdiqləyir.
Qeyd edək ki, bu gün Rusiya lideri Putin “dost olmayan” ölkələrə qaz satışının rublla aparılacağını bəyan edib. Mərkəzi Bank və hökumət bir həftə ərzində qaz alıcıları tərəfindən rublun alınması üçün əməliyyatların aparılması qaydasını müəyyən edəcək.
Putinin bunu elan etməsindən dərhal sonra Avropada qaz qiymətləri 20 faizdən çox bahalaşıb./axar.az