Daşınmaz əmlakın icbari sığortası – Nələri bilməyimiz vacibdir?
Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsini nəzərdə tutur. Məlum olduğu kimi son vaxtlar gündəlik xəbərlərdə Bakıda və ya regionlarda vətəndaşların bu və ya digər səbəblərdən evinin, əmlakının qismən və ya tamamilə yanması ilə bağlı xoşagəlməz hadisələrin baş verdiyinin görürük. Mülk sahibləri evlərinə dəymiş ziyanı dilə gətirsələr də heç bir yerə müraciət edə bilmirlər. Çünki yaşayış mənzilləri və ya evlərini sığortalatmağa maraq göstərməyiblər və ya bu məsələyə ciddi yanaşmayıblar.
Daşınmaz əmlakın icbari sığortası ilə bağlı aktual olan bir sıra sualları Azərbaycan Sığortaçılar Assosasiyası ekspert qrupunun üzvü Fariz Hacızadə cavablandırıb.
Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsini nəzərdə tutur. Əmlak sığortasının yaranma tarixinə diqqət etsək ilk dəfə 1666-cı ildə Londonda baş verən, on üç mindən çox evi yandıran böyük yanğından sonra ortaya çıxıb. Bu hadisədən sonra 1681-ci ildə iqtisadçı Nikolas Barbon əmlakın sığortalanması sistemini yaradıb. Bu gün dünyanın bütün inkişaf etmiş ölkələrində çox geniş şəkildə tətbiq olunaraq mənzillərin 90 faizə qədəri əmlak sığortasına cəlb olunur.
Daşınmaz əmlakın icbari sığortası kimlərə aiddir və təminatı hansı zərərlər üzrədir?
Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Daşınmaz əmlakın icbari sığortası qeyd olunan hər hansı daşınmaz əmlakı olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxslərə aid edilir. Özbaşına tikinti sayılan daşınmaz əmlak, sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur. Eyni zamanda, yaşayış binasının qeyri-yaşayış sahələrinin icbari sığorta etdirilməsi tələb olunmur.
İcbari sığorta daşınmaz əmlakın konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.
Daşınmaz əmlakın sığorta risklərinin – yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, torpaq sürüşməsi, üçüncü şəxslərin hərəkətlərinin baş verməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.
Daşınmaz əmlakın icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 2-ci fəslində nəzərdə tutulmuşdur. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.
Hansı hadisələr icbari sığorta qaydalarına görə sığorta hadisəsi hesab edilmir?
Hərbi əməliyyatlar, terrorçuluq, radioaktiv çirklənmə kimi hadisələr nəticəsində dəyən zərər, pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlaka dəymiş zərər,sığortalıya dəymiş mənəvi zərər, eyni zamanda, sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, pensiya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda sığorta təminatı ödənilmir. Bundan başqa, sığortalının və ya rəhbər işçilərin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər (qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallar xaric), eyni zamanda hadisə baş verdiyi zaman dəyən zərərin azaldılması üçün mümkün tədbirləri görmək iqtidarında olduğu lakin heç bir addım atmadığı halda, sığortalanmış əmlaka istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun təsiri nəticəsində əmlaka zərərin dəyməsi, hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması, qrunt sularının səviyyəsinin dəyişməsi, boruların şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma və ya təmir zamanı zədələnməsi icbari daşınmaz əmlak üçün sığorta hadisəsi hesab olunmur və dəyən zərər qarşılanmır.
Bundan başqa, hadisə barədə gec məlumat verildikdə və ya lazımi qaydada məlumat verilmədikdə sığorta şirkəti hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olur və bu da sığorta şirkətinə ödənişlərdən imtina etmək hüququnu verir. Əmlaka zərər dəyməsində təqsirli olan şəxs dəyən zərəri tam ödədiyi təqdirdə də sığorta şirkəti heç bir ödəniş etmir, qismən ödəniş olduqda isə zərərin geridə qalan hissəsi sığorta şirkəti tərəfindən ödənilir.
Sığorta haqları və ödənişləri necə müəyyən olunur və nə qədərdir?
Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri aşağıdakı kimi müəyyən edilir:
Yaşayış məntəqəsi
Sığorta məbləği
Franşiza
İcbari sığorta haqqı (manat)
Yaşayış məntəqəsi
Bakı şəhəri
25 000
250
50
Bakı şəhəri
Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri
20 000
200
40
Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri
Digər yaşayış məntəqələri
15 000
150
30
Digər yaşayış məntəqələri
Hadisə baş verdikdə nə etməli?
Hadisə baş verdikdə sığorta şəhadətnaməsində göstərilən telefon nömrəsi vasitəsilə sığorta şirkətinə və aidiyyəti üzrə müvafiq dövlət orqanlarına dərhal məlumat verilməlidir. Daşınmaz əmlakın sonrakı itkilərinin qarşısının alınması üçün bütün zəruri tədbirləri görülməlidir. Zərər dəymiş əmlakı sığorta şirkəti ona baxış keçirənədək hadisədən dərhal sonrakı vəziyyətdə saxlanılmalıdır. Zərər dəymiş daşınmaz əmlaka baxış keçirilməsi üçün sığorta şirkətinin nümayəndələrinə şərait yaradılmalı tələb olunan məlumat və sənədləri onlara verilməlidir. Aşağıdakı hallarda zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə təqdim edilməməsi mümkündür: – zərərin qarşısının alınması və həcminin azaldılması, hadisəsinin nəticələrinin aradan qaldırılması yaxud digər fəsadlara səbəb olmaması, əmlakın sonrakı itkilərinə təhlükə ehtimalı olduğu halda onun nəzarətsiz halda qalmaması üçün zəruri tədbirlər görüldükdə; – sığorta hadisəsi barədə məlumatlandırıldıqdan 5 gün müddətində sığorta şirkətinin nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə; – digər hallarda zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığorta şirkətinin yazılı razılığı olduqda. Sığorta şirkətinin nümayəndəsinin təlimatlarına riayət edilməlidir. Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin formasını sığorta şirkətindən tələb edilməli və onu dolduraraq dərhal sığorta şirkətinə təqdim edilməlidir.
Ölkəmizdə daşınmaz əmlakın icbari sığortasının inkişafı ilə bağlı hansı addımlar atılır?
Bildiyimiz kimi son illərdə bu sığorta növünün inkişaf etdirilməsi ilə bağlı mütəmadi marifləndirici işlər aparılır bir sıra ciddi addımlar atılmışdır. Belə ki,müxtəlif şəhər və rayonların icra hakimiyyətlərində bu sığorta növünün vacibliyi və mahiyyəti bağlı əhali söhbətlər aparılmış görüşlər təşkil edilmişdir. Bu isə bir başa marifləndirmə təbliğat təşviqat işlərinin aparılmasıdır. Həmçinin bu gün də müxtəlif Media və KİV lər vasitəsi ilə sığorta haqqında verilən marifləndirici məlumatlar arasında daşınmaz əmlak sığortasının əhəmiyyətli dərəcədə yeri vardır. Baxmayaraq ki, pandemiya dövründən sonra dünya maliyyə bazarlarında bir durqunluq dövrü yaşandı və bu sığorta sahəsində də öz mənfi təsirlərini göstərdi. Lakin sonradan maliyyə sahələrində olduğu kimi sığorta sahəsində də müəyyən aktivlik yarandı.
Həmçinin qeyd edim ki, daşınmaz əmlakın icbari sığortası ilə bağlı gələcəkdə icbari sığortadan yayınma hallarına görə cərimələrin tədbiq edilməsi nəzərdə tutulmuşdur. Bildiyiniz kimi bu tip cərimə mexanizmi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına aid edilmişdir beləki avtomobil sahibləri sığorta etdirmədiyi müddətdə hər 20 gündən bir 50 manat cərimələnir. Bu tip sanksiyalar vətəndaşların əmlaklarının da sığortalanmasını daha da stimullaşdıracaq. Qeyd etmək lazımdır ki, Böyük Britaniya, Türkiyə, Belarus və bir sıra ölkələrdə artıq əmlakın icbari sığortası mexanizmi işlək vəziyyətdədir. Könüllü olaraq əmlakını sığorta etdirən vətəndaşların sayının az olmasını nəzərə alaraq, sığorta sistemi barədə məlumatlılığın artırılması, sığortalanma mədəniyyətini yaratmaq məqsədilə bu sığorta növünün ən azından ilkin mərhələdə icbari şəkildə tətbiq olunması zəruri addım hesab kimi hesab etmək olar.
Aktualinfo.org