Çempionlar Liqasında cari mövsümün son püşkü atılıb

 

UEFA Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundların cütlükləri bəlli olub.

Turnirin son qalibi olan İngiltərə “Çelsi”si 1/4 finalda İspaniya nəhəngi “Real Madrid”lə üz-üzə gələcək.

Püşkatma həmçinin final oyununun nominal meydan sahibi də bəlli olub.

Çempionlar Liqası

1/4 final

“Çelsi” (İngiltərə) – “Real Madrid” (İspaniya)

“Mançester Siti” (İngiltərə) – “Atletiko” (Madrid, İspaniya)

“Vilyarreal” (İspaniya) – “Bavariya” (Almaniya)

“Benfika” (Portuqaliya) – “Liverpul” (İngiltərə)

Yarımfinal

1. “Mançester Siti” (İngiltərə) – “Atletiko” (Madrid, İspaniya) / “Çelsi” (İngiltərə) – “Real Madrid” (İspaniya)

2. “Benfika” (Portuqaliya) – “Liverpul” (İngiltərə) / “Vilyarreal” (İspaniya) – “Bavariya” (Almaniya)

Final

2-ci cütün qalibi – 1-ci cütün qalibi

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 5-6 apreldə, cavab qarşılaşmaları isə 12-13 apreldə gerçəkləşəcək. Yarımfinalın ilk görüşləri 26-27 apreldə, cavab qarşılaşmaları 3-4 mayda olacaq. Final mayın 28-də Fransanın paytaxtı Parisdəki “Stad de Frans”da olacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password