“ADY 2 ildir sərnişin daşımanı dayandırıb, izahat da vermir” – Dövlət qurumu niyə tam gücü ilə işləmir?

 

İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dəmir yolu vasitəsilə xidmətlərin göstərilməsi sahəsində antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti üzrə araşdırmalar aparıb.

Bu barədə qurumdan verilən açılamaya görə, araşdırmalar nəticəsində vaqonların, əsas vəsaitlərin icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə antiinhisar qanunvericiliyinə əsasən “Azərbaycan Dəmir Yolları” QSC barədə iş qaldırılıb.

“Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu məlumatı şərh edib.

O bildirib ki, son zamanlar Antiinhisar Dövlət Xidmətinin təbii inhisar subyektlərinə qarşı antiinhisar tədbirlərini gücləndirdiyi də müşahidə olunur: “Maraqlı məqam odur ki, ADY son bir neçə ildir ki, necə deyərlər, yarım gücü ilə işləyir. ADY ölkədaxili sərnişin daşımalarını tam dayandırıb. Və bununla bağlı ağlabatan bir açıqlama da verməyib. Sadəcə hansısa təkmilləşdirmə işlərinin aparıldığını açıqlayıb. O da maraqlıdır ki, ötən bir neçə ildə ADY bir neçə beynıəlxalq layihəni, daha böyük layihələri uğurla başa çatdıra da bilib. Amma lokalda ilişib qalıb.

Son zamanlar ADY Prezidentin də iştirakı ilə bir neçə infrastruktur layihələrinin təqdimatını edib. Antiinhisar Dövlət Xidmətinin ADY-ə qarşı iş qaldırdığı məlumatını əldə edəndə düşündüm ki , bəlkə də ADY həm də digər sərnişin daşıyan qurumlarla, özəl sərnişindaşıma xidmətləri ilə separat sövdələşmə bağlayıb ki, onların bazarına mane olmasın. Proseslərin bu qədər uzanmasını əsaslandıracaq başqa hansısa ağlabatan səbəblər görsənmir”.

Ekspertin sözlərinə görə, ADY-nin dəmir yolu ilə ölkədaxili sərnişin daşımasının 2 ildir dayandırılması ilə bağlı heç bir ağlabatan açıqlama verməyib: “Hansı işlərin görüldüyü və görüləcəyini, nə zaman başa çatacağını açıqlamayıb. Qarşıdan Novruz bayramı gəlir. Xeyli sayda insanlar qatarlarla gediş-gəlişə üstünlük verir. Daxili dəmiryol xətlərində servis və orta sürət xeyli zəif olsa da digər nəqliyyat növlərinə nisbətən daha sərfəli və effektiv idi. Amma onu da ADY əlimizdən alıb”./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password