Rusiya və Ukrayna arasında 15 bəndlik sülh müqaviləsi

 

Rusiya və Ukrayna arasında 15 bəndlik “sülh planı” üzrə qoşunların çıxarılması və Kiyevin “bitərəflik” elan edəcəyi və silahlı qüvvələrdə bəzi məhdudiyyətlərə razılıq verəcəyi təqdirdə atəşkəslə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş olacaq.

Bu barədə “Finənşl Tayms” qəzeti məlumat yayıb.

Danışıqlarda iştirak edən üç nəfərin məlumatına görə, bura digər məsələlərlə yanaşı, NATO-ya üzvlükdən imtina, həmçinin ABŞ, Böyük Britaniya və Türkiyənin hərbi bazalarını Ukrayna ərazisində yerləşdirməmək vədi də daxildir.

Qəzet qeyd edir ki, ORDLO (Donetsk və Luqansk – red.) və Rusiyanın 2014-cü ildə işğal etdiyi Krımın statusu razılaşmalarda böyük maneə olaraq qalır:

“Ukrayna rəsmiləri Putinin niyyətlərinə şübhə ilə yanaşırlar və hesab edirlər ki, Moskva sadəcə olaraq qüvvələrini yenidən toplamaq və hücumu bərpa etmək üçün zamanla oynayır”.

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak FT-yə verdiyi şərhdə bildirib ki, Rusiya qoşunlarının fevralın 24-də işğalın əvvəlindən tutduqları Ukrayna ərazisini, yəni Azov və Qara dəniz boyunca yerləşən cənub rayonlarını, Kiyevdən şərq və şimaldakı əraziləri tərk etmələri əldə ediləcək razılaşmaya daxildir.

Bildirilib ki, Ukrayna öz qoşunlarını saxlayacaq, lakin NATO kimi hərbi ittifaqlardan kənarda qalmağı tələb ediləcək və xarici hərbi bazalara ev sahibliyi etməyəcək.

Danışıqlarda iştirak edən digər iki nəfər isə bildirib ki, müqavilələrdə Ukraynada rus dilinin hüquqlarının təmin edilməsinə dair müddəa var.

Vurğulanıb ki, Rusiya Ukraynanın Krımın ilhaqını və ORDLO-nun marionet hökumətlərinin müstəqilliyini tanınmasında israrlıdır./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password