“İstəmirlər ki, Qarabağda rusları türklər əvəz etsin” – Sabiq nazir Blinkenin Əliyevə zəngindən danışdı

 

“Paşinyan yenə telefonu götürüb şikayət zənglərinə başlayıb. Şikayətlənir ki, Azərbaycan Ermənistanı sülh müqaviləsi bağlamağa məcbur edir. Daha sonra Blinken İlham Əliyevə zəng vurur və Paşinyanın “Minsk prosesi” ideyasını dəstəkləyir. Soruşursunuz niyə? Cavab sadədir- ABŞ-a da, Rusiyaya da nəticə yox, münaqişə prosesinin özü mühümdür”.

Файл:Tofiq Zülfüqarov.jpg — Википедия

Bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Facebook” hesabında yazıb.

Eks nazir bildirib ki, bu məntiq Ukraynadakı hadisələrdə də istifadə olunur: “Onların xoşuna gəlmir ki, Azərbaycan Prezidenti Türkiyə və İsrail arasında münasibətlərin normallaşması üçün vasitəçilik edir. Xoşlarına gəlmir ki, Türkiyə Prezidenti bizim dövlət başçısı ilə birgə Rusiya və Ukraynanı danışıqlar stolu ətrafında oturtmaq üçün çalışırlar. Onlar istəmirlər ki, Qarabağda rus sülhməramlılarını türklər əvəz etsin. Ona görə zəng vururlar”.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password