Bakıda “İstiqlal marşı”nın ildönümü qeyd edildi
Yunus Əmrə İnstitunun Bakı nümayəndələyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Türkiyə Cümhuriyyətinin Dövlət Himninin – “İstiqlal marşı”nın qəbulunun 101-ci ildönümü və Mehmet Akif Ərsoyu Anım Günü tədbiri keçirilib.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tədbirdə çıxış edib.
“İstiqlal marşı”nın yazılmasının və qəbul ediməsinin 101-ci ildönümünun Bakıda qeyd edilməsi və Mehmet Akif Ersoyun anılması çox anlamlı hadisədir. Azərbaycan və Türkiyə dövlət himnləri, hər iki himnin müəlliflərinin şəxsiyyəti və yaradıcılığı eyni fəlsəfəni, eyni ruhu aşılayır. Biz, iki ayrı dövlət olsaq da, doğrudan da bir millətik. Doğrudan da, sevincimiz və kədərimiz ortaqdır. 2020-ci ildə qazandığımız tarixi Zəfər, ötən il imzalanmış, bu il qanun qüvvəsi almış Şuşa Bəyannaməsi defiklərimizin parlaq təcəssümüdür.
Ona görə də “İstiqlal marşı” da, onun görkəmli müəllifinin həyat və yaradıcılığı da ortaq ictimai-siyasi və ədəbi-mədəni tariximizin vacib və şanlı səhifələrini təşkil edir.
“İstiqlal marşı” yazarının yaşam hekayəsinin təqdim edilməsi, onun xatirəsinin əziz tutulması yalnız qədirşünaslı deyil, gələcəyə baxışımızın əyarını göstərməklə də dərin məzmun daşıyır.
Mehmet Akif Ərsoyun həyatı, mübarizəsi, yaradıcılığı türk dünyası gənc nəsillərinə örnəkdir.
Ruhu şad olsun!
Sözlərimi onun öz sözləri ilə bitirirəm: “Tanrı bir də bu millətə “İstiqlal marşı” yazdırmasın”, – millət vəkili qeyd edib.