Səyahət sığortası nədir və hansı hallarda bu sığorta növü lazım olur?
Məlumdur ki, sığorta maliyyə sisteminin əsas həlqələrindən biridir və ölkənin Ümumi Daxili Məhsulunda onun xüsusi çəkisi dinamik olaraq artmaqdadır. Şübhə yoxdur ki, maliyyə sistemində sığorta sektorunun əhəmiyyəti getdikcə daha da artacaq və sığorta xidmətlərinə tələbat böyüyəcəkdir. Lakin cari durumu və inkişaf dinamikasını daha dəqiqliklə təhlil etdikdə, bu sahədə bir sıra problemlərin olduğu üzə çıxır.
Bu gün sığortada qarşıda duran çoxsaylı vacib vəzifələr vardır. Ən yüksək səviyyədə bu fəaliyyət sahəsinə xüsusi diqqət ayrılması da məsələnin ciddiliyindən xəbər verir. Azərbaycanın sığorta bazarı üçün bir sıra ümumi problemlər xarakterikdir və gerçəklik ondan ibarətdir ki, onun, yalnız bu günkü sabitliyi deyil, gələcək movcudluğu da daha çox həmin problemlərin həllindən asılıdır. Sığorta xidmətləri bazarında aktual olan bir sıra sualları Azərbaycan Sığortaçılar Assosasiyası ekspert qrupunun üzvü Fariz Hacızadə cavablandırıb.
Səyahət sığortası nədir? Hansı hallarda bu sığorta növü lazım olur? Sığorta riskləri və ödənişlər haqqında.
Səyahət sığortası nədir?
Səyahət sığortası xarici ölkələrə səfər zamanı sağlamlıqla bağlı ortaya çıxan tibbi xərclər, bədbəxt hadisə və digər riskləri təminat altına alır, baş vermiş sığorta hadisəsi nəticəsində dəyən maddi və mənəvi zərərini ödənilməsini təmin edir.
Avropa İttifaqı ölkələrinə, Amerika Birləşmiş Ştatları Kanada və bir sıra ölkələrə səfər edənlər viza almaq üçün səfirliyə sığortası təqdim etməlidir. Əks halda turistə viza verilmir. Burada məqsəd qeyd olunan ölkələrə turistin səfəri zamanı yaşıya biləcəyi tibbi xərcləri sığortalandığı şirkətlərin təmin etməsidir.
Ölkə hüdudlarından kənarda sığorta hadisəsi baş vedikdə turistin hadisəsi ilə ilə sığorta şirkətinin həmin ölkədəki tərəfdaşı məşğul olur. Bu tərəfdaşın əlaqə vasitələri sığorta müqaviləsində göstərilir. Sığorta müqaviləsi əldə edərkən mütləq həmin əlaqə nömrələri ilə tanış olmaq lazımdır.
Səyahət sığortasının qiymətləri və təminat
Səyahət sığortasının qiymətləri və sığorta məbləği haqqında bildirim ki, səyahətə çəkilən xərclə müqayisədə səyahət sığortasına ödəniləcək sığorta haqqı olduqca az xərc tələb edir. Sığorta haqqının nə qədər olacağı səyahətçinin hansı ölkəyə getməsindən, səfərin məqsədindən, onun yaşından və səfərin müddətindən asılıdır.
Bundan əlavə, sığorta haqqları turistlərin hansı qrupa aid olmalarından da asılıdır. İdmançılar, yaşlı və ahıl insanlar, ağır iş arxasınca gedən şəxslərə (şaxtada, tikintidə işləmək üçün) və alpinistlər üçün sığorta haqqları sadə turistlərə nisbətən yüksək olur. Onların riskləri fərqli olduğuna görə, sığorta haqqı da daha çox olur.
Şirkətlərin səyahət sığortası üzrə təminat verdiyi sığorta məbəlği və sığorta haqqına nəzər saldıqda, sığorta məbləğinin 5 000 Avro yaxud Usd dən başlayaraq 50 000 Avro və Usd yə dək yüksələmsini görərik. Bu təminatların müqabilində qonşu ölkəkərə 5 günlük sığortanın qiyməti (sığorta haqqı) bir şəxs üçün qiymətinin ən aşağı təminatla 5 usd olduğunu müəyyən edilir. Təminat məbləği və sığortalı günlər artdıqca sığorta haqqı da uyğun olaraq çoxalır.
Digər könüllü sığorta növlərində olduğu kimi, səyahət sığortasında da azadolma məbləği tətbiq olunur. Adətən bu məbləğ 50 Usd yaxud 30 Avro civarında olur. Yəni hadisə üzrə xərclər müəyyən edildikdən sonra bu həddə qədər xərcləri turist özü çəkməli olur.
Sığorta riskləri
Bədbəxt hadisə nəticəsində ölüm, bir və ya çox ətrafın, yaxud bir və ya hər iki gözün itirilməsi; əmək qabiliyyətinin daimi olaraq tam itirilməsi, baqajın itməsi, hava nəqliyyatı vasitəsinin reysinin ləngiməsi, hava nəqliyyatı vasitəsinin reysinə gecikməsi, zəruri sənədlərinin itirilməsi və oğurlanması, covid-19 a yoluxma və s. kimi təmiantlar daha çox rast gəlinir.
Sığorta təminatından istisanalar
Təbii ki, təminatlarla yanaşı sığorta riskləri üzrə istisnalar da vardır, hansıkı bu səbəblərdən baş vermiş hadisələr sığortaçı tərəfindən ödənilməyən xərclər hesab edilir.
Sığorta olunanın spirtli içkilərin, narkotik və ya toksik maddələrin təsiri altında olması, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sığorta olunanın hər hansı bir nəqliyyat vasitəsini idarə etməsi nəticəsində alınan xəsarətlər, sığorta olunanın bilərəkdən özünə cismani zərər yetirməsi, özünə qəsd etməsi və ya buna cəhd göstərməsi, nüvə partlayışı, radioaktiv və ya digər şüalanmaların təsiri, zəlzələ, sel, daşqın və digər təbii fəlakətlər, epidemiya, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta olunanın məşqlərdə və idman yarışlarında iştirakı ilə bağlı hər hansı idman növü ilə məşğul olması.
Səyahət sığortasının vacibliyi
Adətən Azərbaycan vətandaşlarına viza rejimi tədbiq edilməyən ölkələrə səfər edərkən öz istəyimiz ilə könüllü şəkildə səyahət sığortası əldə edirik. Ölkə vətəndaşlarının xüsusi ilə yay aylarında istirahətlə bağlı Türkiyə, BƏƏ, Gürcüstan, Rusiya, həmçinin digər MDB ölkələrinə səfərləri üzrə artım daha çox müşahidə olunur. Belə səfərlər zamanı istirahət zonalarında ən çox əyləncə mərkəzlərində müxtəlif dərəcəli bədən xəsarətləri, günvurma kimi və s. kimi fərqli tibbi xərclər yaranır. İntensiv sığorta ödənişləri, şirkətlərə müraciətlər yay aylarında daha çox müşahidə olunur. Elə buna görə də səyahətə gedərkən hər bir turist səyahət sığortasından istifadə etməyə diqqət yetirməlidir.
Aktualinfo.org