Avropa Liqası: “Qalatasaray” səfərdə “Barselona” ilə heç-heçə edib
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin daha 4 oyunu keçirilib.
Bununla da raundun ilk matçlarına yekun vurulub.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” İspaniyada “Barselona”nın qonağı olub. “Kamp Nou” stadionundakı görüş qolsuz heç-heçə ilə başa çatıb.
Gecənin digər qarşılaşmalarında “Reyncers” Şotlandiyada Serbiyanın “Srvena Zvezda” klubuna, “Braqa” Portuqaliyada Fransa “Monako”suna, “Atalanta” isə İtaliyada Almaniyanın “Bayer” (Leverkuzen) komandasına qalib gəlib.
Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutub. Moskva “Spartak”ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya “Leyptsiq”i 1/4 finala birbaşa vəsiqə qazanıb.
Avropa Liqası, 1/8 final mərhələsi
İlk oyunlar
10 mart
00:00. “Reyncers” (Şotlandiya) – “Srvena Zvezda” (Serbiya) – 3:0
Qollar: Ceyms Tavernye, 11 (pen.). Alfredo Morelos, 15. Folarin Baloqan, 51
00:00. “Braqa” (Portuqaliya) – “Monako” (Fransa) – 2:0
Qollar: Abel Ruis, 3. Vitor Oliveyra, 89
00:00. “Atalanta” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya) – 3:2
Qollar: Ruslan Malinovski, 23. Luis Muriel, 25; 49 – Çarles Arangis, 11. Mussa Diabi, 63
00:00. “Barselona” (İspaniya) – “Qalatasaray” (Türkiyə) – 0:0
21:45. “Sevilya” (İspaniya) – “Vest Hem” (İngiltərə) – 1:0
Qol: Munir El-Haddadi, 60
Qeyd edək ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.