“Heç Ukraynaya da hücum etməmişik, sadəcə…” – Lavrovdan heyrətləndirən açıqlama

 

“Digər ölkələrə hücum etmək fikrimiz yoxdur. Heç Ukraynaya da hücum etməmişik. Sadəcə xəbərdarlıq edirik”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında söyləyib.

“Bütün əməliyyatlar plan üzrə gedir. Bizim Qərb həmkarlarımız bütün prinsipləri tapdalayaraq Ukraynaya ölümcül silah göndərirlər”, – o bildirib.

S.Lavrovun sözlərinə görə, hazırda Ukraynada hərbi əməliyyatlar plan üzrə davam edir: “Ukrayna tərəfi DXR və LXR-ə hücumları artıq bu ay üçün planlaşdırırdı”.

“Mən Kulebanın görüşdən sonrakı “Atəşkəs razılaşması” alınmadı bəyanatına təəccüblənmədim. Burada onsuz da heç kimin atəşkəs barədə razılığa gəlmək fikri yox idi”.  -deyə,  Lavrov mətbuat konfransında söyləyib.

“Əgər görüşlərin məqsədi Rusiyanın təkliflərini rədd edib öz istədikləri kimi etmək və daha sonra jurnalistlərə “Bizim xoşməramlı təkliflərimiz rədd edildi” deməkdirsə, o zaman bu Ukrayna diplomatiyasının məntiqinə uyğun gəlir”, – XİN başçısı qeyd edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password