Bu dövlətlər arasında dünya müharibəsi başlaya bilər: Türkiyənin də adı çəkilir
“Rusiyanın yaratdığı yenil siyasi reallıq və təhlükə Almaniya və Fransanı ABŞ-ın ətəyinə sığınmağa məcbur qoyub”.
Bunu açıqlamasında Türkiyənin təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.
Türkiyəli ekspert bildirib ki, NATO-da ciddi parçalanma ola bilər:
“Başqa geosiyasi axtarışlar izində olan Almaniya və Fransa yeni vəziyyətə təslim olurlar. Əvvəllər ÜDM-in 2%-ni müdafiəyə sərf etməyən Almaniya və Fransa artıq bunun üçün 4%-ni xərcləməli olacaq.
Hətta 2%-dən çox olsa belə, bu, hər ölkə üçün əlavə 100 milyard dollar deməkdir. Burada (200+200=4% üzərində) 400 milyard dollar vəsaitdən söhbət gedir.
Hər il 800 milyard dollar xərcləyərək geosiyasi imperiyasını qoruyub saxlamağa çalışan ABŞ artıq böyük bir geo-eko hərbi qələbənin astanasındadır. Bu, ABŞ üçün son dayanacaq olmayacaq.
ABŞ-ın maksimalistlik sevdası qarşıda NATO-nu çox böyük bir risk qarşısına qoya bilər. Almaniya və Fransa bu riski hiss etdiyi üçün çox şeyi keçməyə məcbur kimi görünürlər. Bu güvənsizlik, gələcəkdə çok dərin bir uçuruma, hətta düşmənçiliyə səbəb ola bilər. Türkiyənin də bu episentirə daxil olmaq ehtimallarının yüksək olduğunu unutmaq lazım deyil.
Rusiya bu gün nə qədər vəziyyətə hakim kimi görünsə də, Ukrayna son qalasını – Kiyevi qorumaq üçün son əsgərini də (xalqını ayağa qaldırmaq, inandırmaq, savaşdırmaq üçün dirəniş, müqavimət, səfərbərlik imkanlarını) meydana qoymağa çalışır. Ukrayna bunu bacara bilərsə, ölüm-qalım savaşını o sadaladığım məsələlərin hesabına sona qədər apara biləcək”. /milli.az