Rəsmilər 5 milyard dollar mənimsəyib – Putin Administrasiyasında “Ukrayna böhranı”

 

Rusiyada Ukraynaya görə daxili çəkişmə başlayıb.

UNİAN-ın yaydığı xəbərə görə Putin Prezident Administrasiyasının nəzarət və audit şöbəsinin müdiri Dmitri Şalkov, Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə, baş prokuror İqor Krasnov və FTX direktorunun birinci müavini Sergey Korolyova 2014-2022-ci illərdə Ukraynada təxribat fəaliyyətləri və “beşinci kolon”un formalaşması üçün ayrılan vəsaitlə bağlı hərtərəfli yoxlama aparmağı tapşırıb.

Ukrayna məsələsinə rəhbərlik edən bu şəxslər vəsaitləri mənimsəməkdə şübhəli bilinirlər: prezidentin keçmiş köməkçisi Vladislav Surkov, qonşu ölkələrlə mədəni və ictimai əlaqələr şöbəsinin keçmiş rəhbəri, general Vladimir Çernov, onun bu vəzifədə varisi, rəis İqor Maslov. 5-ci FTX xidmətinin generalı Sergey Beseda, “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov, İqtisadi İnkişaf Nazirliyində Ukrayna istiqamətinin keçmiş kuratorları Mixail Babiç və Yana Lantratova, Abxaziyanın hazırkı xarici işlər naziri İnal Ardzinba və başqaları.

Ehtimal olunur ki, adı çəkilən şəxslər bütün işləri tam uğursuzluğa uğradaraq, Putini açıq dezinformasiya ilə qidalandıraraq, təxminən 5 milyard dolları “mənimsəyib”lər. Və bunun əsasında  Putin Ukraynaya qoşun yeritmək qərarına gəlib./konkret.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password