Ordumuz separatçı tör-töküntüsünə zərbə endirə bilər – Ekspert

 

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdən Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılması qəbuledilməzdir. Görünən odur ki, sülhməramlılar öz funksional vəzifələrini, xüsusilə 10 noyabr bəyanatının dördüncü bəndini yerinə yetirmək fikrində deyillər. Separatçı tör-töküntülərin silahlı dəstələri və texnikaları hələ on dörd ay əvvəl ərazidən uzaqlaşdırılmalı idi.

Bu sözləri açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspertin sözlərinə görə, baş verən özbaşınalıq Azərbaycana tam şəkildə 10 noyabr bəyanatından çəkilmə hüququ verir:

“Rus sülhməramlıları öz vəzifələrini doğru şəkildə yerinə yetirmədiyi üçün biz hazırda ciddi problemlərlə qarşı-qarşıyayıq. Hesab edirəm ki, mövqelərimizin belə intensivliklə atəşə tutulması Ermənistan dövlətinin və rus sülhməramlılarının üçtərəfli bəyanatdan irəli gələn vəzifə və öhdəliklərini yerinə yetirmədiyini göstərir. Odur ki, Azərbaycan sözügedən bəyanatda üzərinə düşən öhdəliklərdən çox rahat bir şəkildə imtina edə bilər. Baş verən hadisələr təxribatlara ötən ilin dekabrında olduğu kimi adekvat cavabın verilməsi ehtimalını artırır. Ermənistanın yeni prezidenti Vaaqn Xaçatryanın bəyanatları ilə sərhəd ərazilərdə və Qarabağdakı ərazilərimizdə törədilən təxribatlarla üst-üstə düşmür. Ona görə Xaçatryanın nə deməsindən asılı olmayaraq, əgər bizə hər hansı təhdid varsa, Azərbaycan tərəfi bütün vacib təhlükəsizlik tədbirlərinin görülməsi hüququnu özündə saxlayır”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password