Prezident: “Türkiyə və Azərbaycan birgə səylərlə bölgəmizdə gələcək inkişafı təmin edir”

 

“Türkiyə və Azərbaycan birgə səylərlə bizim bölgəmizdə gələcək inkişafı təmin edir, təhlükəsizliyi təmin edir, xalqlarımızın rahat həyatını təmin edir”.

Bunu Prezident İlham Əliyev martın 5-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib.

“Bu gün və bundan sonrakı illərdə daim Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri həm xalqlarımız üçün, həm bölgə üçün böyük önəm kəsb edəcək. Çünki təkcə ikitərəfli formatda yox, bölgə təhlükəsizliyi üçün bizim əlaqələrimizin çox böyük əhəmiyyəti var. Türkiyə və Azərbaycan birgə səylərlə bizim bölgəmizdə gələcək inkişafı təmin edir, təhlükəsizliyi təmin edir, xalqlarımızın rahat həyatını təmin edir. Aramızda olan əlaqələr o qədər şaxəlidir ki, onların hər birini sadalamaq üçün çox vaxt lazım olacaq. Biz sözün əsl mənasında müttəfiqik, qardaşıq və dünya miqyasında bizim əlaqələrimizə bənzəri olan əlaqələr yoxdur. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə canla, qanla bağlı olan ikinci ölkələr yoxdur. Bu, bizim böyük sərvətimizdir və bunu biz qoruyuruq, gücləndiririk, istənilən vəziyyətə hazırıq və hər zaman bir-birimizin yanındayıq”, – dövlət başçısı bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password