Lukaşenko Putinin gizli xəritəsini göstərdi – Video

 

Təhlükəsizlik Şurasını toplayan Belarus Prezidenti Aleksandr Lukaşenko komandası ilə Rusiyanın hücumları barədə danışıb.

Haber7.com-un yaydığı xəbərə görə, Lukaşenkonun görüş zamanı xəritə üzərindəki çıxışı dünya mətbuatında gündəm olub.

Belə ki, xəritə araşdırıldığı zaman Ukraynanın 4 yerə bölündüyü görünür.

Lukaşenkonun qarşısında brifinq verdiyi xəritə Rusiyanın Ukrayna daxilində hücumlarını hansı istiqamətdə həyata keçirdiyini göstərir.

Xəritəyə görə, Rusiya Odessanı işğal edir və oradakı qoşunlarını da Moldova sərhədləri daxilindəki Dnestryanı bölgəsinə doğru hərəkətə keçirir.

Məsələni işıqlandıran beynəlxalq mətbuat bu xəritənin Putinin gizli planı ola biləcəyini bildirib.

Qeyd edək ki, AB baş diplomatı Jozep Borrell müharibənin ilk günlərində verdiyi açıqlamada Rusiyanın Moldovada təzyiqlərinin yaxın günlərdə arta, Qərbi Balkanlarda da oxşar vəziyyətlərin yaşana biləcəyini bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password