Rüstəm Muradov da Ukraynada döyüşür – AB-dən sərt qərar
AB Rusiyanın yüksık çinli 4 hərbçisini Ukraynadakı əməliyyatlarda iştirak etdiyinə görə sanksiya siyahısına salıb.
Bu barədə AB-nin rəsmi jurnalında məlumat yayılıb.
Bildirilib ki, Qara dəniz donanmasının komandan müavini Sergey Pinçuk, Cənub Hər Dairəsinin komandan müavinləri Aleksey Avdeyev, Rüstəm Muradov və CHD-nin 8-ci qvardiyasının komandanı Andrey Sıçevə sanksiya tətbiq edilib.
Xatırladaq ki, Rüstəm Muradov Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı kimi ötən il sentyabrın 6-da öz missiyasını başa vurub. Muradov 2020-ci ilin payızında münaqişədən sonra Rusiya sülhməramlı kontingentinin komandiri təyin edilib. 2022-ci il yanvarın 11-dən Rusiya sülhməramlı kontingentinə general-mayor Andrey Volkov rəhbərlik edir.