Ukraynalı “əfqan”ın rus ordusuna tükürpədən müraciəti – Video

 

Ukrayna xüsusi təyinatlı komandiri Əfqanıstan müharibəsi zamanı birlikdə döyüşdüyü rus hərbçi yoldaşlarına video-müraciət ünvanlayıb.

Video bir sıra Teleqram kanallarında yayımlanıb.

O, Moskva ətrafında evi olduğunu, yaxşı yaşadığını, ancaq vətənin bu günündə orda dayana bilmədiyini və Ukraynaya gəldiyini vurğulayıb.

O, Rusiya hərbi texnikasının önündən müraciəti təsadüfən etmədiyini bildirib. Deyib ki, Əfqanıstanda düşmənə qarşı döyüşdüyü bu texnikalar hazırda ölkəsinə hücum edir, qırğınlar törədir.

Ukraynalı döyüşçü birgə xidmət etdiyi rus əsgərlərinə salamlarını çatdırıb. O, rusiyalı komandirinə müraciət edib: “Arkadi, mənə Vətəni sevməyi sən öyrətmisən. İndi mənim Vətənim Ukraynadır və mən onu sevirəm, onun uğrunda döyüşürəm”.

Vaxtilə rusiyalı döyüşçü dostlarını Əfqanıstanda itirdiyini, onların xatirəsini indi də yaşatdığını bildirib. Hazırda isə sırasında döyüşdüyü ordunun onun ölkəsinə hücum etdiyini deyib.

O, rus ordusunda xidmət etmiş və hazırda da xidmət edən dostlarının da adını çəkib:

“Mənim ölkəm fəlakət içindədir – yüzlərlə ölən var, həm mülki, həm də hərbçilər arasında. Ölən bizimkilər və sizinkilərdir. Qardaşlar, axı nə baş verir? Əfqanıstanda biz bir ailə idik, o, bizim müharibə idi. Bəs indi? Bu müharibə kimə lazımdır? Nə baş verdi? Sualıma cavab verin: biz niyə hazırda barrikadanın əks tərəflərindəyik? Niyə rus gənclər mənim torpağıma bu cür gəlib?

Mən istəyirəm ki, siz indi bizim Əfqanıstanda həlak olan dostlarımızı xatırlayasınız və yaxınlarınıza deyəsiniz – kimlər ki, könüllü olaraq bura gəlir.

Bura mənim ölkəmdir, mənim vətənimdir. Mən onun uğrudan sona qədər vuruşacağam. Siz axı bilirsiniz, mən vuruşmağı bacarıram”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password