Müttəfiqlik bəyannaməsi ən çox kimə lazım idi? – İrəvanı təşvişə salan Moskva səfəri

 

“Fevral ayının 21-24-də Prezident İlham Əliyevin Rusiyaya səfəri çərçivəsində əldə olunmuş nəticələr çox önəmlidir”.

Bunu açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Azərbaycan-Rusiya müttəfiqliyi Ermənistana ciddi zərbə olacaq:

“Rusiya-Azərbaycan əlaqələri hazırda yeni inkişaf səviyyəsinə yüksəlib, artıq müttəfiq dövlətlər hesab oluna bilər. Çünki diplomatik münasibətlərin 30 illiyi ərəfəsində Rusiya və Azərbaycan arasında qarşılıqlı fəaliyyətin müttəfiqliyi haqqında bəyannamə imzalandı. Bu, Azərbaycanın xarici siyasətində ən önəmli hadisələrdən biri, Prezident İlham Əliyevin Ali Baş Komandan kimi siyasi diplomatik məharətinin də nümayişidir.

Azərbaycanın Rusiya ilə münasibətlərində müttəfiqlik səviyyəsinə yüksəlməkdə bir sıra problemlərin qarşısı alına bilər. Çünki müttəfiqlik sənədinin imzalanması Ermənistanın Rusiya ilə münasibətləri inhisara almaq cəhdlərini də heçə endirir. Bu ölkənin imkanlarından öz maraqları üçün çalışan erməni tərəfi burada yetərsiz qalır, eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlükdən yararlanmaq imkanları da heçə endirilir.

Digər tərəfdən Azərbaycan-Rusiya müttəfiqliyi Ermənistana ciddi zərbə oldu. Azərbaycanla Rusiya arasında müttəfiqlik Bəyannaməsinin imzalanması Ermənistanda panika, təşviş və ümidsizliyi daha da artırdı. Ermənistan parlamentində baş verən proseslər də bunu əyani göstərir və ölkə daxilində qarşılıqlı ittihamların sayı artır. Bu da Ermənistanda siyasi kollaps vəziyyətini daha da genişləndirir.

Azərbaycanın həyata keçirdiyi məharətli diplomatiya həm də 44 günlük Vətən müharibəsindən sonra ərazi bütövlüyünün bərpa olunması, Türkiyə və Rusiya ilə münasibətləri müttəfiqlik səviyyəsinə yüksəltmək, İranla Ermənistan arasında xüsusi münasibətləri neytrallaşdırmaq və bununla öz ətrafında güclü təhlükəsizlik kəmərinin yaradılmasına, qonşularla münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsinə nail oldu.

Azərbaycan Ermənistanı həm hərbi-siyasi müstəvidə çökdürdü, həm də uzaq gələcək üçün regional təhlükəsizliyin, sabitliyin, sülhün və qarşılıqlı faydalı əməkdaşlığa hesablanmış münasibətlərin güclənməsinə böyük töhfə verdi.

Müttəfiqlik Bəyannaməsinin birinci maddəsi xüsusi əhəmiyyət kəsb edir: Burada ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, müstəqillik və suverenlik qarşılıqlı sürətdə tanınır, qəbul olunur və ona hörmət nümayiş etdirilir. Bu, çox önəmlidir. Çünki Azərbaycan tərəfi üçün ərazi bütövlüyü qırmızı çizgidir və bu xüsusda Azərbaycan prinsipial mövqe nümayiş etdirir.

Eyni zamanda qeyd olunmalıdır ki, Prezident İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS Agentliyində Rusiyanın aparıcı Kütləvi İnformasiya Vasitələrinin rəhbərləri ilə görüşdü və burada sualları sərbəst şəkildə cavablandırdı, yüksək dialoq məharəti və mədəniyyəti, müzakirə aparmaq bacarığı göstərdi. Digər tərəfdən Prezident həm də Rusiyanın media seqmentində olan ermənipərəst qüvvələri neytrallaşdırılması, erməni lobbisinin fəaliyyətinin sarsılması və darmadağın edilməsi prosesində məhz ona verilən sualları cavablandırmaqla mövqeyini nümayiş etdirdi, Azərbaycan həqiqətlərini, yeni geosiyasi reallıqları bir daha bəyan etdi.

Regionda yaranan yeni geosiyasi və geoiqtisadi vəziyyətlə bütün regional və qlobal güclər barışıblar, bunu qəbul edirlər. Bu da 2021-ci ildə və hazırki durumda Azərbaycanın yürütdüyü uğurlu diplomatik addımlarla səciyyələnir. Düşünürəm ki, Azərbaycan bundan sonra da öz iqtisadi gücü, hərbi qüdrəti və regional mövqeyi, geostrateji imkanları sayəsində davam etdirəcək, Azərbaycanın yeni uğurlarına şahidlik edəcəyik. Azərbaycan ilk növbədə öz təhlükəsizliyi və regional təhlükəsizlik arxitekturasını gücləndirməkdə davam edir. Bu xüsusda imzalanmış Bəyannamənin də mühüm əhəmiyyəti var”./milli.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password