Avropa Liqası: “Qalatasaray”ın rəqibi müəyyənləşib
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Türkiyə “Qalatasaray”ının da rəqibi müəyyənləşib.
İstanbul təmsilçisi bu raundda İspaniyanın “Barselona” klubu ilə qarşılaşacaq. “Sarı-qırmızılar” cavab görüşünü evdə keçirəcək.
Avropa Liqası
1/8 final mərhələsi
“Reyncers” (Şotlandiya) – “Srvena Zvezda” (Serbiya)
“Braqa” (Portuqaliya) – “Monako” (Fransa)
“Portu” (Portuqaliya) – “Lion” (Fransa)
“Atalanta” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya)
“Sevilya” (İspaniya) – “Vest Hem” (İngiltərə)
“Barselona” (İspaniya) – “Qalatasaray” (Türkiyə)
“Leyptsiq” (Almaniya) – “Spartak” (Moskva, Rusiya)
“Betis” (İspaniya) – “Ayntraxt” (Frankfurt, Almaniya)
Qeyd edək ki, ilk matçlar martın 10-da, cavab görüşləri martın 17-də olacaq.