Rusiya və Ukraynanın cəbhədəki hərbi gücü… – Döyüş meydanına hansı silahlarla çıxıblar?
“Ruslar Ukraynanı necə vuracaq və Ukrayna necə müqavimət göstərəcək?”
“Ukraynalıların Rusiyaya qarşı duruş gətirmək imkanları var, lakin…”
Krımın ilhaqından dərhal sonra Ukarynanın Donbass bölgəsini ələ keçirən Rusiya səkkiz il idi ki, orada qurduğu qondarma respublikaları tanımağa fürsət axtarırdı. Son bir neçə aydır ki, bütün dünya mediası, siyasi icmalıçılar, ayrı-ayrı ölkələrin dövlət başçıları və eləcə də ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya hücum edəcəyindən danışır. Rusiya Ukrayna sərhədinə xeyli ordu birləşmələri cəmləyib.
Vladimir Putin “DXR” və “LXR”-i tanıdıqdan sonra həmin ərazilərə qoşun yollayıb. Əslində Putin bu qərarı ilə oradakı rus hərbçilərinin mövcudluğunu leqallaşdırıb.
Beləliklə, Ukrayna-Rusiya gərginliyinin sonarakı mərhələsi Donbass ərazisinə yerləşdirilən Rusiya ordusunun Kremlin müharibə planını reallaşdırması ola bilər.
ABŞ-ın “Forbes” nəşri iri miqyaslı müharibə olacağı təqdirdə tərəflərin hansı silah növlərindən istifadə edəcəyinə toxunub.
“Forbes” nəşrinin “Ruslar Ukraynanı necə vuracaq və Ukrayna necə müqavimət göstərəcək” başlıqlı məqaləsini qısa ixtisarla təqdim edirik: ”Vladimir Putin Ukrayna sərhədi boyunca 150 min əsgər yığıb. Analitiklər deyirlər ki, bu qüvvəni mindən artıq tank, yüzlərlə artileriya qurğusu və onlarla hücum təyyarəsi və helikopterlər müşaiyət edə bilər. İstənilən müdafiə olunan tərəf kimi Ukrayna silahlı qüvvələrinin bir sıra təbii üstünlükləri var – tanış ərazi, qısa təchizat xətti, yerli əhalinin dəstəyi. Amma ola bilər ki, bunların heç birinin əhəmiyyəti olmasın, çünki Rusiya uzun cəbhə boyu böyük atəş gücü cəlb etmək imkanına malikdir.
Tanklar
Ukraynaya mümkün müdaxilə üçün Rusiya ordusu cəbhəyə 1200 tank cəlb edib. Onların içərisində ən yeni “T-90”, həmçinin də modernləşdirilmiş “T-80” və “T-72” tankları var.
Ukaryna ordusu isə öz zirehli texnikasını səfərbər edib. Modellərin bir hissəsi Rusiya ilə eynidir, lakin Kiyevin ən yaxşı tankı yenilənmiş “T-64” modelidir. Kiyev yüzlərlə köhnə “T-64” tankını yeniləyərək onları təkmilləşmiş reaktiv zireh, gecə görüntüsü cihazı və digər funksiyalarla təchiz edib.
Nəzəri baxımdan modernləşdirilmiş “T-64” tankı texnoloji cəhətdən əksər Rusiya tanklarını üstələyir. Amma bu tankları birbaşa müqayisə etmək mənasızdır, çünki döyüş meydanında onlar qarşılaşmaya da bilər.
Ukraynanın köhnə “T-64” tankı ilə Rusiyanın daha yeni “T-90” tankı arasında iri miqyaslı döyüş gözləməyin.
Tank döyüşləri kino filmlərində gözəgəlimli görünür, lakin reallıqda bu, çox nadir hadisədir. Çünki Rusiya və Ukrayna sovet doktrinasına söykənirlər. Bu hərbi doktrinaya əsasən hər şeyi piyadalar və tanklar yox, artileriya həll edir. Digər qoşun növlərinin başlıca işi əlverişli mövqe tutmaq üçün artileriyaya kömək etməkdir ki, düşmənin müdafiə xəttinin yarılması həyata keçirilsin.
Artileriya
Donbassdakı müharibə ilk növbədə artileriya döyüşünə bağlıdır. Əgər Putin münaqişənin kəskinləşməsinə gedəcəksə, o zaman iri çaplı sialahlara daha böyük rol veriləcək. Ukrayna və Rusiya ordusunda xeyli sayda eyni silahlar və yardımçı artileriya sistemləri var. Amma ruslar öz artileriyasını daha tez işə sala bilər.
Hər iki orduda yer alan özüyeriyən “2C7” haubitsasına baxaq. Onun maksimal atəş məsafəsi 50 kilometrdir. 1980-ci illərdə bu silahdan Əfqanıstanda, 1990-cı illərdə isə Çeçenistan müharibəsində istifadə edilib. Bu silah böyük dağıntılar yaradır, amma ləng atəş açır. O, həm də çox ağırdır və istismar üçün yöndəmsizdir.
O, atış heyətindəki 14 nəfəri demək olar ki, az qala kar edə bilər. Buna baxmayaraq 2014-cü ildə Donbassdakı döyüşlər zamanı Ukrayna ordusu xeyli sayda köhnə texnikanı döyüşlərə cəlb etməyə məcbur olmuşdu. Ona görə də Ukrayna ordusu ehtiyatda saxladığı 13 ədəd “2C7” haubitsasını əsaslı təmirə yollamışdı.
Amma Ukrayna artileriyasının problemləri var, “2C7” haubitsası rusların öz istehsalı olduğu və son illər onun üzərində çalışdıqları üçün Ukrayna analoqlarından daha sürətli və dəqiq atəş açır.
2015-ci ilin əvvəlində Debaltsevo uğrunda gedən amansız döyüşlərdə Rusiya ordusu Ukrayna mövqelərini “2C7” və digər ağır silahlardan atəşə tutmuşdu. “2C7” -dən başqa ruslar və ukraynalılar yüzlərcə digər artileriya sistemlərindən, həmçinin də raket qurğularından və “yer-yer” ballistik raketlərinidən istifadə edə bilərlər.
Əgər kim sürətlə yaxşı mövqe tutarsa və artileriyanı lazımi qaydada istifadə edərsə, o da üstünlük qazanacaq. Artileriyanın dəqiq atəş açmasından ötrü hədəflərin aşkarlanmsı vacibdir. Bunun üçün dronlardan, yerüstü radarlardan və elektron dinləmə qurğularından istifadə olunur.
Artileriya mərmilərinin döyüş mövqelərinə çatdırılması baxımından ukraynalılar çətinlik çəkəcəklər, çünki onların mərmiləri azdır. Rusların isə dəmir yolu stansiyasından cəbhəyə mərmi daşınmasındakı problemi yük maşınlarının çatışmaması ilə bağlı ola bilər.
Hava Hücumundan Müdafiə
Donbass separatçılarının nəzarətində olan bölgədə gedən müharibədə ilk növbədə quru qoşunları iştirak edəcək. Ukraynadakı döyüş fəaliyyətləri zonası bütün növ təyyarələr üçün çox təhlükəlidir. Çox sadə səbəbə görə – hər iki tərəfdə güclü Hava Hücumundan Müdafiə sistemləri var.
Lester Qrau(Lester Grau) və Çarlz Bartlzin(Charles Bartles) “Müharibənin rus yolu” əsərində qeyd edilir: ”Rusiya silahlı qüvvələrinin döyüş cərgəsində quru qoşunlarının inteqrasiya olunmuş taktiki HHM sistemləri yer alır və bu, dünyada ən qabaqcıl sistemdir”
Hər briqada sayı 900 nəfərdən ibarət olan dörd taktiki batalyon, zenit-raket kompleksi və artileriya qurğuları ilə təchiz edilmiş bir HHM batalyonu ilə müşaiyət olunur. Hava Hücumundan Müdafiə batalyonlarının qarşısnda duran əsas tapşırıq düşmənin döyüş helikopterlərindən, qırıcı bombardmançılardan, qanadlı raketlərdən və PUA-lardan istifadə etməsinin qarşısını almaqdır.
2014-cü ilin yazında Donetsk aeroportu uğrunda gedən döyüşlər zamanı Ukarynanın “Mi-24”, ”Mi-8” helikopterləri və “Su-25”, ”Su-27”, ”Miq-29” qırıcıları oradakı separtçılara ağır zərbələr endirdikdən sonra xüsusi təyinatlıların hücumu ilə aeroportu tuta bilmişdilər.
Növbəti aylarda ruslar separatçılara daşına bilən “Strela” raketləri verdilər. Çox tezliklə Rusiya ordusu Ukrayna sərhədini keçərək döyüş bölgəsinə daha ağır texnika və “Buk” zenit-raket kompleksi gətirdi. 2014-cü ilin iyulunda separatçılar “Buk raketi” ilə səhvən Malyaziyaya məxsus sərnişin təyyarəsini vurmuşdu, nəticədə 298 nəfər həlak olmuşdu.
Qırıcılar
Ukraynadakı iri miqyaslı müharibədə Rusiya təyyarəçiləri ölümcül risklərlə qarşılaşacaqlar. Ukarynalıların vəziyyəti daha çətindir. Rusiya Hərbi Hava Qüvvələri(HHQ) Ukrayna səması üzərində yüzlərlə qırıcıdan istifadə edə bilər, onlar hətta döyüş zonasına yaxınlaşmadan da uzun mənzilli raketlər buraxa bilərlər.
Ukrayna HHQ isə ən yaxşı halda 125 döyüş təyyarəsindən istfadə edəcək ki, bunun da 71-i qırıcıdır. Onlardan 31 ədədi ikimühərrikli “Su-27” qırıcısıdır. Uzun müddət ərzində istifadə edilməsinə baxmayaraq, Ukraynanın “Su-27” qırıcıları regionun ən yaxşı qırıcı- yaxalayıcı təyyarəsidir.
Amma bu, onların ruslara qarşı uzun müddətə duruş gətirə biləcəklərinə təminat vermir. 2014-2015-ci illərdə Donbassda gedən döyüşlərdə Ukaryna HHQ beş ədəd “Su-25” itirmişdi. İtkilər “Su-25” -lərin zəif tərəflərini üzə çıxardı. Ona görə də Ukrayna HHQ aerodromlarda dayanmış hücum təyyarələrinin döyüş qabiliyyətini bərpa edib. Bu gün 31 ədəd “Su-25” təyyarəsi istismara hazır vəziyyətə gətirilib.
Rusiya HHQ -nin isə 200 “Su-25” təyyarəsi var ki, onlardan 80-i Ukaryna yaxınlığında yerləşdirilib.
Hərbi gəmilər
Dənizdə Kiyev çarəsiz şəkildə Moskvaya uduzur. Ukraynanın məhdud donanmasında cəmi bir iri döyüş gəmisi var. Əlbəttə “iri döyüş gəmisi” nisbi məna daşıyır. ”Getman Saqaydaçnıy” freqatının Rusiyanın Qara dəniz donanması qarşısında heç bir şansı yoxdur.
Rusların Qara dəniz donanmasında beş freqatı, bir neçə korveti, dizel mühərrikli altı sualtı qayığı və “Slava”kreyseri yer alır. Əgər Putin düyməyə basarsa və hücum əmri verərsə, o zaman Rusiyanın dəniz piyadaları bütün Ukrayna sahilləri boyunca hücuma keçə bilərlər. Uğurlu hücum Ukraynanın dənizə çıxışını bağlayar.
Rusiya donanmsı döyüş zonasına bir neçə böyük desant gəmisini cəlb edə bilər, onların müdafiəsi üçün isə “Moskva” kreyserini gətirərlər.
Rusiyanın zəif yeri
Amansız döyüşlərdən keçən ukraynalı hərbçilər tipik Rusiya batalyonlarının əsas zəif yerlərini aşakrlayıblar.
Əgər Ukrayna hərbçiləri bundan istifadə edə bilsələr, o zaman Rusiyanın havada və dənizdəki üstünlüyünə baxmayaraq, rusların hücumunu ləngidə və ya tamamilə dayandıra bilərlər.
Ukrayna komandirləri Rusiya ordusunun hücumunu dayandırmaq üçün kifayət qədər güc səfərbər edərək uğurlu əks hücum təşkil edə bilərlərsə, rusların taktiki qruplarına ciddi zərbə endirmək mümkün olar. Əlbəttə, bu, sadə məsələ deyil. Problem ondadır ki, Ukrayna ordusunun mərmiləri və raketləri daha tez qurtara bilər.
Ukraynalıların döyüş meydanında Rusiya üstünlüyünə qarşı duruş gətirmək imkanları var, lakin bunun üçün kifayət edəcək qədər silaha böyük ehtiyac duyulur./azpolitika.info