Çempionlar Liqası: “Çelsi”dən inamlı qələbə, “Yuventus” heç-heçə edib

 

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.

Turnirin son qalibi “Çelsi” İngiltərədə Fransanın “Lill” klubu ilə üz-üzə gəlib. “Stemford Bric” stadionundakı görüş London təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları 8-ci dəqiqədə Kay Haverts və 63-cü dəqiqədə Kristian Pulişiç vurublar.

Gecənin digər oyununda İtaliya “Yuventus”u İspaniyada “Vilyarreal”ı sınağa çəkib. Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Görüşdə hesabı 32-ci saniyədə Turin klubunun hücumçusu Duşan Vlahoviç açıb. Lakin qonaqlar 66-cı dəqiqədə üstünlüyü əldən veriblər. Daniel Parexo bərabərlik qolunun müəllifi olub.

Komandalar arasında cavab oyunları martın 16-də gerçəkləşəcək.

UEFA Çempionlar Liqası, 1/8 final

İlk oyunlar

22 fevral

00:00. “Çelsi” (İngiltərə) – “Lill” (Fransa) – 2:0

Qollar: Kay Haverts, 8. Kristian Pulişiç, 63

Baş hakim: Xesus Hil Mansano (İspaniya)

00:00. “Vilyarreal” (İspaniya) – “Yuventus” (İtaliya) – 1:1

Qollar: Daniel Parexo, 66 – Duşan Vlahoviç, 1

Baş hakim: Daniel Zibert (Almaniya)

Qeyd edək ki, 1/8 finalın ilk 4 görüşündə İngiltərənin “Mançester Siti” klubu Portuqaliyada “Sportinq”ə 5:0, PSJ Fransada İspaniya “Real Madrid”inə 1:0, İngiltərə “Liverpul”u İtaliyada “İnter”ə 2:0 hesabı ilə qalib gəlib, Almaniya “Bavariya”sı isə Avstriyada “Zaltsburq”la heç-heçə edib – 1:1.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password