Bakı-Moskva iqtisadi əlaqələrində milli valyutalardan istifadə biznesə nə verəcək?

“İlk növbədə bu, milli valyutamızın dönərliyinin şaxələnməsinə imkan verəcək, istifadə diapozonunu qaldıracaq”. 
Bunu  açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov Rusiya ilə Azərbaycan arasında bağlanan mütəffiqlik münasibətləri bəyannaməsinin 26-cı maddəsinə əsasən qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə keçilməsinin sahibkarlıq subyektləri üçün nə dərəcədə sərfəli olub-olmadığına aydınlıq gətirərkən deyib:
“Qeyri-rəsmi də olsa Azərbaycan manatından İran, İraq, hətta Rusiyanın Dağıstan vilayətində istifadə olunur. Prosesin artıq dövlət səviyyəsində həyata keçirilməsi isə manatın rəsmən də olsa şaxələnməsinə rəvac verəcək. Qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadə sahibkarlar üçün prosesdə daha rahatlıq deməkdir. Bu fonda Azərbaycan sahibkarları əvvəlki tək vaxt, zaman itkisinə məruz qalmayacaq. Hər hansı valyutanın konventrasiyası prosesinə vaxt itirməyəcək. Əngəllər törədilməyəcək”.
Amma ekspert bunun üçün prosesə institusional yanaşmanın olmasını da vacib bilir:
“Belə mübadilənin tənzimləyici etalonu olmalıdır. Rusiya ilə ticarətdə ölçü valyutası kimi ABŞ dollarından imtina ediriksə, digər alternativ ölçü vahidi olmalıdır. Yəni istər rus rublu, istərsə də Azərbaycan manatının məzənnəsini müəyyənləşdirən əmsal mövcud olmalıdır. Dünya birjaları daha çox ABŞ dollarına fokuslanıb. Əvəzlənəcəksə, ölçü vahidi kimi qızıl, funt sterlinqlə əvəzlənməlidir”. /qaynarinfo.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password