Zelenski xalqa müraciət edib: “Ukraynanın sərhədləri əvvəlki kimi qalacaq”

 

“Rusiyanın hərəkətlərinə baxmayaraq Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri eyni qalacaq”.

Ukrayna mətbuatının yaydığı xəbərə görə, bunu Prezident Volodimir Zelenski xalqa müraciətində deyib.

“Özlərinin müstəqilliyini elan edən “respublikalar”ın tanınması Rusiya Federasiyasının Minsk sazişindən çıxması deməkdir”, – Zelenski vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Ukrayna “Normand dördlüyü”nün Fövqəladə Zirvə Toplantısı təşəbbüsü ilə çıxış edib.

Rəsmi Kiyev ATƏT-in Xüsusi Monitorinq Missiyasının tam formatda fəaliyyətində təkid edir.

Onun sözlərinə görə, Kiyev siyasi-diplomatik nizamlanmaya sadiqdir və təxribatlara tabe olmayacaq.

“Ukrayna heç kimə heç nə verməyəcək”, – dövlət başçısı əlavə edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password