Ukraynanın Müdafiə Naziri hərbçilərə müraciət etdi
Müdafiə naziri Aleksey Reznikovun Ukrayna Silahlı Qüvvələri mənsublarına müraciəti yayımlanıb.
Müraciəti təqdim edirik:
“Hörmətli əsgər, matros, çavuş, zabit, general və admirallar!
Hörmətli Ukrayna Silahlı Qüvvələrinin əməkdaşları!
Qeyri-müəyyənliyin qaranlığı çökdü!
Bizim səkkiz il ərzində bildiyimizi indi artıq bütün dünya bilir.
Sizin cəsarətiniz, fədakarlığınız və peşəkarlığınız sayəsində bu illər ərzində rəzil müharibə aparan, qadınların, uşaqların arxasında gizlənən düşmənin planları pozuldu. Onlar məktəbləri və evləri atəşə tutdular. İnsanları oğurlayıb, işgəncələr verdilər. Yalan danışaraq, onları qorxutdular. Kasıbları qarət etdilər.
Dövlətimiz isə dünən düşmənin əsl üzünü göstərdi. Azad dünyanı girov saxlamaq istəyən cinayətkarın siması. Cinayətindən xəbərdar olan və ətrafdakı hər kəsi dairəvi zəmanətlə birləşdirməyə çalışan cinayətkar. Çünki o, qorxur. Bilir ki, cinayətkar mütləq cəzasını alacaq.
Sizin sayənizdə Avropa dürüst cavablardan qaçmağın nə olduğunu, həqiqəti səsləndirməyin nə olduğunu dərk etdi.
Dünən Kreml Sovet İttifaqının dirçəlişi istiqamətində daha bir addım atdı. Yeni Varşava Müqaviləsi ilə yeni Berlin Divarı…
Bizi isə bu divarlardan və müqavilədən ayıran yeganə şey Ukrayna dövləti və Ukrayna ordusudur!
Seçimimiz çox sadədir – ölkəmizi, evimizi, ailəmizi müdafiə etmək! Bu seçim bizim üçün dəyişməyib, dəyişməyəcək!
İndi biz, ətrafımızda həqiqi dostlarımızı görəcəyik, onlar artıq gizlənə bilməyəcəklər. Hansı ki, bizi illərdir təslim olmağa razı salmağa çalışan “dostlarımız”…
Qarşımızda ağır sınaqlar bizi gözləyir. Qorxu və ümidsizliyə qalib gəlmək üçün çətinliklərdən keçməyimiz lazım gələcək.
Amma mütləq qazanacağıq. Çünkü biz, öz torpağımızdayıq, doğrular isə arxamızdadır.
Xalqımız Ordumuzu dəstəkləyir. Xalqın bizə olan inamı, hər şeyi doğru etdiyimizə işarədir.
İndi dövlətin hərbi-siyasi liderləri və Ukrayna Silahlı Qüvvələri komandalığının bütün səyləri müdafiəni gücləndirməyə yönəlib.
Bir qisim insanlar emosional olaraq xaotik qərarlar qəbul edəcəklər. Biz buna imkan verməyəcəyik. Bizim gücümüz birlik və inamdadır. Soyuq başla, sakit olmalıyıq. Sistemi qoruyub, saxlamalıyıq.
Sevdiklərimiz üçün!
Ukrayna Silahlı Qüvvələrinə zəfər!
Ukraynaya zəfər!
Ukraynanın Müdafiə Naziri
Aleksey Reznikov