Putin Əliyevlə görüşdə postsovet ölkələrinə mesaj verdi

 

Əliyev-Putin görüşündə səslənən fikirlər Ukrayna ətrafında baş verən geosiyasi qarşıdurma fonunda diqqət çəkdi.

Putin Rusiyanın imperiyanı bərpa etməyə hazırlaşmadığını və postsovet məkanında ərazi bütövlüyü prinsipini dəstəklədiyini bildirdi, lakin Ukraynanı istisna etdi, buna səbəb kimi üçüncü ölkənin Ukrayna ərazisindən Rusiyaya qarşı təhdid yaratmasını göstərdi.

Rusiya prezidenti bununla postsovet ölkələrinə iki mesaj verir:

Birincisi, Ukrayna ssenarisinin digər ölkələrə təhdid olmadığını izah etməyə çalışır;

İkincisi, Ukraynanı antirusiya mövqeyinin nəticəsinə dair nümunə kimi göstərir.

Əliyev ümumiyyətlə Ukrayna məsələsinə toxunmadı. Bu, Moskva görüşündə məsələyə neytral qalmaq, həm də Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi mövqeyindən geri çəkilməməkdir.

Azərbaycan prezidenti ikitərəfli münasibətlərdən və müharibədən sonra Cənubi Qafqazdakı reallıqdan danışdı. Və qeyd etdi: “Ümidvarıq ki, erməni tərəfi də bizim kimi, öz tərəfindən 2020-ci ilin noyabrında imzalanmış Bəyanatın bütün bəndlərini yerinə yetirəcək”.

Əliyev bununla göstərdi ki, rəsmi Bakının öz prioritetləri var və hazırda əsas istəyi razılaşmaların bütün bəndlərinin icrasına nail olmaqdır. “Müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamə”nin imzalanması qarşılığında Bakının buna nail ola biləcəyi mümkün görünür./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password