Ramiz Mehdiyev istefa VERİB

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib. 

Bu barədə qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib və kollektivlə vidalaşıb.

Sabiq deputat Elton Məmmədov Lent.az-a R.Mehdiyevin istefa verməsini təsdiqləyib.

APA-ya açıqlamasında Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov da Ramiz Mehdiyevin istefa verdiyini bildirib.

M. Mərdanov deyib ki, R. Mehdiyev bu gün AMEA Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa barədə ərizəsini sabah təqdim edəcəyini açıqlayıb.

AMEA Mətbuat xidmətinin məsələ ilə bağlı geniş açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, 84 yaşlı R.Mehdiyev 23 oktyabr 2019-cu ildən AMEA-nın prezidenti vəzifəsində idi.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password