AMEA Ramiz Mehdiyevin istefası ilə bağlı açıqlama yaydı

 

AMEA Ramiz Mehdiyevin istefası ilə bağlı məlumat yayıb.

Qurumdan bildirilib ki, bu gün AMEA Rəyasət Heyətinin iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.

İclası giriş sözü ilə açan akademik Ramiz Mehdiyev son günlər Akademiya və şəxsən onun özü haqqında yayılan məlumatların heç bir təsiri olmadan yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib:

“Akademiya böyük yol keçib və daim dövlətin yanında olmalıdır. Alimlərimizin fəaliyyəti də bu yöndə olmalı, bütün işlər dövlət siyasətinə uyğun qurulmalıdır”.

Prezident İlham Əliyevin Akademiya prezidentinin fəaliyyətinə hər zaman yüksək qiymət verdiyini deyən Ramiz Mehdiyev yaxın tarixdə ölkədə ondan başqa heç kəsə “Heydər Əliyev” ordeninin verilmədiyini xatırladıb:

“Cənab Prezidentin mənə münasibəti çox istidir. Mən həmişə bir əqidəyə sadiq olmuşam: əvvəl dövlət, sonra şəxsi məsələlər. Cənab Prezident İlham Əliyev Heydər Əliyevin siyasətini həyata keçirir. Alimlərimiz, Akademiyanın üzvləri də bu yolda Prezidentin yanında olmalıdırlar”.

Akademiya prezidenti istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirb. Akademik Ramiz Mehdiyev iki il dörd ay ərzində birlikdə çalışdığı Rəyasət Heyəti üzvlərinə təşəkkür edib, pandemiya səbəbindən elmimiz adına bəzi uğurlu layihələrin həyata keçirilə bilməməsindən təəssüfünü çatdırıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password